Evini yandıran şəxs tutuldu
![Image](/uploads/posts/2023-11/d7b8315f-fccb-3630-9865-2f75aa004433_850.webp)
Maştağada evini yandıran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-da saat 20 radələrində Maştağa qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşadığı evi yandırmaqda şübhəli bilinən Y.Rəcəbov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb