Ceyhun Bayramov Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyindən danışdı
Sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub. Sülhməramlı kontingentin fəaliyyət müddəti sənəd əsasında tənzimlənir.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var və bu sənəd liderlər səviyyəsində imzalanıb. Həmin sənəddə Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir", - o qeyd edib.