Fransaya daha bir ŞOK: Hindistan da “Rafale”dən imtina etdi
Fransa dünyanın hər yerindən qovulduğu kimi, silah-sursatı da qaytarılıb başına vurulur. Emmanuel Makron hökümətinin yanlış siyasəti silah bazarında da bütün qapıları rəsmi Parisin üzünə bağlayıb. Cənubi Qafqazda 44 günlük müharibədə darmadağın olmuş Ermənistana “böyük bacılıq” edən Fransa, yaxın münasibətlərdə olduğu, elə özü kimi İrəvanı silah-sursatla silahlandıran Hindistandan da zərbə alıb. Çünki hindlilər də məşhur fransız döyüş qırıcısı olan “Rafale”dən imtina edirlər.
Düzdür, 31 yanvar 2012-ci ildə Fransa aviasiya şirkəti “Dassault Aviation” Hindistan Hərbi Hava Qüvvələrinin 126 ədəd Dassault Rafale döyüş təyyarəsinin alınması üzrə tenderinin qalibi elan edilib. Müqaviləyə əsasən, 18 qırıcı Paris tərəfindən tədarük ediləcək, qalan 108-i Hindistan zavodlarında yığılmalı idi. Lakin indi məlum olur ki, Ukraynadakı müharibədə sınaqdan üzüqara çıxan və geri qaytarılan, bundan sonra tullantı olaraq Ermənistana verilən “Rafale”yə hindlilər də sahib çıxmırlar.
Yəqin yaxşı xatırlayırsınız ki, bir müddət öncə Fransa rəsmiləri Orta Asiyaya intensiv səfərlər edərək, həttda Özbəkistanı da öz tələlərinə salmaq istəyirdilər. Fransa tör-töküntü silahlarını Asiya bazarına sırımaq istəyirdi. Amma Özbəkistan dövləti də ayıq-sayıq davranıb franszıların hiyləsinə düşmədi. Beləcə, Hindistandan tutmuş Orta Asiyaya qədər hamı fransız silahlarından imtina edir. Başqa sözlə desək, E.Makron “vazvratlar”ı yığmaqla məşğul olacaq...
Mətləb