ABŞ Rusiyadan əl çəkmir: dondurulmuş aktivlər müsadirə ediləcək...
“The Financial Times” nəşri maraqlı məlumat yayıb. Nəşrin xəbərində deyilir ki, ABŞ "Böyük Yeddilik" (G7) ölkələrinə Rusiyanın təxminən 300 milyard ABŞ dollar dəyərində dondurulmuş aktivlərinin müsadirə edilməsinin mümkün yollarını araşdırmağı təklif edib.
Bildirilib ki, dekabrda G7 ölkələrinin maliyyə nazirləri və onların müavinləri müsadirə mexanizmini necə hazırlamaq və onunla bağlı risklərdən qaçmaq yollarını müzakirə ediblər. ABŞ və onu dəstəkləyən Böyük Britaniya, Kanada və Yaponiya fevralın sonunda baş tutması gözlənilən "Böyük Yeddili"yin görüşü üçün mümkün variantları hazırlamaq üçün məsələnin əlavə nəzərdən keçirilməsini təklif ediblər.
Vaşinqton məsələnin hüquqi tərəfi, mexanizmin tətbiqi üsulları və risklərin azaldılması ilə məşğul olacaq üç işçi qrupu formatında müsadirə imkanlarının müzakirəsini, həmçinin müsadirə olunmuş aktivlərin Ukraynaya dəstək üçün yönəldilməsi yollarının öyrənilməsini təklif edib. “Financial Times”ın məlumatına görə, Almaniya, İtaliya və Fransa bununla bağlı qərar qəbul edilməmişdən əvvəl Rusiyanın aktivlərinin müsadirəsinin qanuniliyinin diqqətlə öyrənilməsinin lazım olduğunu bildiriblər.
Mətləb