UEFA Avropa Məhkəməsinə üz tutdu - Superliqaya görə...
UEFA Avropa Məhkəməsinə müraciət edib. Bu barədə “The Times” nəşri məlumat yayıb. Məhkəməyə müraciət Avropa Superliqasının işi ilə bağlı məhkəmənin yaydığı press-relizlə əlaqədardır. Sənədddə məhkəmədən press-relizdəki bəzi sözləri dəyişdirilməsi xahiş olunub. Mənbənin sözlərinə görə, UEFA press-relizdə düzəlişlər edilməsini istəyib. Çünki təşkilatın fikrincə, bu, Superliqa tərəfdarlarına həmin press-relizi öz qələbələri kimi şərh etməyə imkan verir.
Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə Superliqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib. Qeyd edilib ki, təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur və Avropa qanunlarına əsasən, Super Liqa rəsmi olaraq yaradıla bilər.
Mətləb