“Putinin beyni” Duqindən Yaxın Şərqlə bağlı ŞOK PROQNOZ - Böyük müharibə gələcək, İsrail dağılacaq, qiyamət qopacaq...
Rusiya-Ukrayna müharibəsinə əhəmiyyətli təsir göstərdiyi deyilən və “Putinin beyni” kimi tanınan rusiyalı strateq və məşhur politoloq Aleksandr Duqin sosial media hesabındakı son paylaşımı ilə diqqət çəkib. Sosial media platforması X-dəki paylaşımında Duqin yaxın günlərdə dünyanı gözləyən hadisələrlə bağlı proqnozlarını sıralayıb.
“Böyük müharibə Yaxın Şərqə gələcək, bir az gec ola bilər, amma gələcək.
Husilər dayanmayacaq. Gəmilər artıq Qırmızı dənizə girə bilməyəcəklər. Neftin qiyməti qalxacaq. İran təxribatlara cavab verəcək.
İsrailin dağılması qaçılmazdır. Necə istəyirsiz elə adlandırın. Biz buna axır zamanın gündəmi deyirik.
Qiyamət indi qopacaq. İndi və ya bir az sonra. Bəlkə hələ yox. Amma tezliklə" - Duqin yazısında bildirib.
Aleksandr Duqin qızı Darya Duqinanı avqust ayında Moskvada bomba hücumu zamanı itirib. Hücumdan sonra bütün diqqətlər Kiyevə yönəlsə də, Ukrayna tərəfi sui-qəsdlə heç bir əlaqəsinin olmadığını açıqlayıb. Rusiya isə Ukraynanı ittiham edir.
Hücumla dünyanın diqqət mərkəzinə düşən Duqin qızı Dəryanın Rusiyanın düşmənləri tərəfindən “məkrli şəkildə” öldürüldüyünü ifadə edib: "Belə dözülməz zərbələr bizi, xalqımızı sındıra bilməyəcək. Ən yaxşı və ən müdafiəsiz insanlarımıza qarşı qanlı terror hücumları ilə iradəmizi qırmaq istədilər. Ancaq buna nail ola bilməyəcəklər”.
TAHİR