Ukraynadan Rusiyaya 85 milyon dollarlıq zərbə - Krım sahilində batırılan desant gəmisində çox sayda İran PUA-sının olduğu ortaya çıxdı...
Bir neçə gün əvvəl Ukrayna hava qüvvələri Rusiyanın “Novoçerkassk” desant gəmisini məhv etdiyini açıqlayıb. Bu barədə paylaşım edən prezident Zelenski isə zarafatla bildirib ki, gəmi indi “Rusiyanın Qara dəniz sualtı donanmasına” qoşulub.
Kreml də etiraf etdi ki, Ukrayna Krımın Feodosiya limanında "Novoçerkass" hərbi gəmisini vurub. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Putinə “böyük desant gəmimizə dəyən zərər haqqında” “çox təfərrüatlı hesabat” təqdim edib.
Bu arada Ukrayna silahlı qüvvələri “gəminin göyərtəsində Rusiyanın Ukrayna şəhərlərinə hücumlarında istifadə etdiyi “Shahed” pilotsuz uçuş aparatlarının olduğunu” açıqlayıb. Ukrayna Strateji Rabitə Mərkəzi gəmidə çox sayda İran istehsalı olan “Shahed” PUA-larının olduğunu bildirib. Jurnalist Gülsüm Xəlilova isə gəminin dəyərinin 85 milyon dollar olduğunu bildirib.
TAHİR