KÖHNƏ VERSİYA            

Bakı Fransanı Ermənistandan da qovdura bilər

Image

Məlum olduğu kimi, Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Burada Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. 

Arzuolunmaz olan həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və Xarici İşlər Nazirliyinin müvafiq notası Fransa səfirinə təqdim edilib.

Hesab olunur  ki, bu, Azərbaycanın Fransanın böhtanlarına, qərəzli addımlarına qarşı növbəti cavab addımlarından biridr. İstisna deyil ki, iki fransız diplomatın arzuolunmaz şəxs elan edilməsi bir neçə gün öncə Fransa agentura şəbəkəsinin ifşası ilə bağlıdır. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Fransa kəşfiyyatının təkcə Azərbaycandakı deyil, həm də  digər bəzi ölkələrdə müxtəlif planların qarşısını aldı. Burada onu da qeyd edək ki, Emmanuel Makronun prezidentliyi dövründə Fransa xarici kəşfiyyatının müxtəlif savaşlarda uduzması qeydə alınır. Parisin Afrikadakı, Keniyadakı itkiləri buna misaldır. Fransa digər regionlardakı itkilərini Qafqazda kompensasiya etmək istəyir. Proseslər göstərir ki, indiki məqamda Fransanın yeganə ümidi Azərbaycanda daxili qeyri-konstruktiv qüvvələrdən istifadə edərək stabilliyi hədəfə almaqdır. Lakin Bakının cavab tədbirləri Parisin bu niyyətini də puça çıxarmaqdadır. Üstəlik, Afrikadan Okeaniyaya, Asiyadan Mərkəzi Amerikaya qədər uzanan nəhəng və məğlubedilməz fransız xüsusi xidmət şəbəkəsinin Azərbaycanda çökdürülməsi Paris üçün ağlasığmaz zərbə oldu. Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ölkəmizdə ifşa edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunub, bəziləri isə istintaq altına alınıb. Hesab edilir ki, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı nəticəsində Fransa agentura şəbəkəsinin ifşası, əslində Fransanın ardıcıl uğursuzluqlarının davamı kimi Ermənistan üçün də dərs olmalıdır. Erməni xalqı anlamalıdır ki, Fransanın Ermənistanı silahlandırması, revanşist əhval-ruhiyyənin artmasına çalışması əslində ermənilərin mənafelərinə xidmət yox, ermənilərin Fransanın çirkin niyyətlərinə alət edilməsidir. Fransa da, Ermənistan da nəhayət başa düşməlidir ki, Ermənistanın Azərbaycanla danışıqlara getməkdən başqa çıxış yolu yoxdur və istənilən əks cəhd, sadəcə, məğlubiyyət seriyasının davamı olacaq. Burada onu da xatırladaq ki, Paris ilk vaxtlar Cənubi Qafqazda nüfuzunu siyasi-diplomatik yolla yaymağa, Azərbaycan-Ermənistan normallaşmasına yardım edəcək arbitr ölkələrdən biri olmağa cəhd edirdi. Amma Emmanuel Makronun, xarici işlər naziri Katrin Kolonnanın və digər rəsmilərin Qarabağ məsələsində qərəzli mövqe tutmaları, rəsmi Bakıya uydurma ittihamlar, İrəvanın ünvanına isə təriflər səsləndirmələri real mənzərəni ortaya qoydu. Görünən həm də o oldu ki, Paris heç cür Azərbaycanın uğurlarını, pozulmuş ədalətin bərpa edilməsini qəbul edə bilmir. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirməyə cəhdlər göstərən Fransanın iç üzü açıldı. Sonradan Paris BMT-də Azərbaycana qarşı qərarlar qəbul etdirmək cəhdlərini davam etdirdi. Lakin Azərbaycanın dost dövlətləri Fransanın çirkin niyyətinin həyata keçməsinə imkan vermədi. Fransa müharibədən sonra da Azərbaycanla Ermənistan arasında münasuibətlərin normallaşdırılması prosesinə töhfə vermək adı altında yenə meydana çıxdı. Hətta ATƏT-in keçmiş Minsk Qrupunu da yenidən canlandırmağa çalışdı. Bu qrup tarixin arxivinə göndərildiyindən, Fransanın bütün cəhdləri boşa çıxdı. Özünü demokratiyanın beşiyi, dünya mədəniyyətinin mərkəzi sayan Fransa heç bir bəşəri dəyərlərə və beynəlxlaq hüquqa sığmayan addımlar atdı. Amma sonda  Emmanuel Makron hökumətinin Qafqazda bütün imici alt-üst oldu. Fransa digər regionlardakı itkilərini burada kompensasiya etmək istəsə də, alınmadı. Belə vəziyyətdə artıq Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar, Bakı və İrəvan arasında vasitəçisiz sülhə doğru müəyyən addımlar atılıb. Azərbaycan bu formatda da Fransanın təşəbbüsü ələ almasına imkan vermir. İndi Ermənistan bu istiqamətdə siyasətini davam etdirməlidir. Bu halda həm regionda sülh olar, həm də Franasının burada pozucu fəaliyyətinə yer qalmaz. Bu, Ermənistanın öz maraqlarına da uyğundur. Çünki belə vəziyyət Ermənistanın Fransanın müstəmləkəsi olmaq təhlükəsini də aradan qaldırır.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031