Qərbin yardımları gecikdirməsi Ukraynanın çətinə saldı - Rusiya ordusu daha bir şəhəri ələ keçirmək üzrədir...
Rusiya ordusu Ukraynanın şərqində irəliləməkdə davam edir. Son məlumatlara görə, Rusiya ordusu Donetsk yaxınlığındakı Marinka qəsəbəsini tamamilə nəzarətə götürüb. Marinka şəhəri Donetsk şəhər mərkəzindən 5 kilometr cənub-qərbdə yerləşir. Ekspertlərin fikrincə, bu qazanc rus qoşunlarına qərbə doğru hücumlarını davam etdirməyə imkan verəcək.
Rus qoşunları Marinka ilə yanaşı gərgin toqquşmaların baş verdiyi 35 kilometr şimal-şərqdə yerləşən Avdiivka şəhərini ələ keçirmək üçün gərgin mübarizə aparır. Rusiya qüvvələri şəhər mərkəzinə 8 kilometrə qədər yaxınlaşıb. Regiondakı Ukrayna qüvvələri müdafiə mövqeyi tutsa da, bölgədə gərgin toqquşmalar davam edir.
Qaynar nöqtələrdən bir digəri isə Qara dənizdir. Rusiya Müdafiə Nazirliyi Ukraynanın Krımda həyata keçirdiyi idarə olunan raket hücumu nəticəsində Rusiyanın “Novoçerkassk” desant gəmisinin zədələndiyini bildirib. Səlahiyyətlilər hücumda 6 binanın zərər gördüyünü və bəzi insanların müvəqqəti sığınacaqlara yerləşdirildiyini bildirib.
Ekspertlərin fikrincə, müharibədəki balans 2024-cü ildə Rusiyanın xeyrinə dəyişə bilər. Xarici yardımın gecikməsi Kiyev hökumətinin ordunu qabaqcıl silahlarla təmin etmək imkanlarını zəiflədir. Bu vəziyyət Ukraynada narahatlıq və Moskvada isə inamın yenidən artması deməkdir.
Rusiya hazırda Ukrayna ərazisinin təxminən 17%-nə nəzarət edir. Ukrayna iddia edir ki, münaqişə yalnız Rusiya işğalına tamamilə son qoyulsa və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərə qayıtsa, sona çatacaq. Rusiya isə lazım olduğu müddətdə müharibənin davam edəcəyini bildirir.
Müharibənin nə vaxt bitəcəyi hələ də bəlli deyil...
TAHİR