KÖHNƏ VERSİYA            

65 yaşlı qazi jurnalist - Elçin Məmmədli... - MÜSAHİBƏ

Image

“Mən heç vaxt paxıllıq nədir bilməmişəm, cavan qalmağımın da sirri paxıl olmamağımdır” 

“Təzadlar” qəzetinin əməkdaşı, Birinci Qarabağ müharibəsi qazisi, jurnalist Elçin Məmmədlinin 65 yaşının tamam olduğunu eşidəndə qulağımıza inanmadıq, dedik redaksiyaya dəvət edib yaşını onun özündən soruşaq. 

“İnsana dünyada yaxşılıqdan başqa heç nə qalmayacaq”

- Elçin bəy, sözümüzü qəribliyə salmayın, Sizin 65 yaşınızın tamam olduğuna niyəsə inanmaq olmur. Deyəsən, heç özünüz də yaşınızı hiss etmirsiz…

- Həyatımız elə keşməkeşlidir, problemlərin içində o qədər çabalayırıq, “sabah hər şey daha yaxşı olacaq” deyə-deyə yaşayırıq ki, ömrün necə keçdiyini hiss etmirik, bir də gözümüzü açıb baxırıq ki, yaş 65-dir. Amma o enerji, o həvəs, gənclik ruhu hələ də canımdadır, 25-30 yaşımda nə edirdimsə, indi də onların hamısını edirəm. Cavan vaxtı da gündə turnikdən 5-6 dəfə dartınırdım, indi də dartınıram. 

- Hansı möcüzə baş verib ki, ruhən cavan qalmısınız?

- Xalq şairi rəhmətlik Söhrab Tahirə sual verdilər ki, Söhrab müəllim, belə cavan qalmağınızın sirri nədir? O da “heç vaxt paxıl olmamışam” cavabını verdi. Allah Söhrab müəllimə rəhmət eləsin, onun sözü olmasın, mən heç vaxt paxıllıq nədir bilməmişəm, cavan qalmağımın da sirri paxıl olmamağımdır.  İnsanın özü qocalsa da, ruhu qocalmasın, daxilində gənclik eşqin varsa sən heç zaman qocalmayacaqsan…

- 65 yaş elə-belə yaş deyil, böyük yaşdır, bu illər ərzində Sizi ən çox sevindirən və təəssüfləndirən nə olub?

- Ali məktəbə girdiyim gün ən sevincli günlərimdən biridir. Bir ildə üç dəfə ali məktəbə imtahan vermişəm, sonda İncənət İnstitutunun mədəni maarif fakültəsinə qəbul olmuşam. 1992-ci ildə Ağdərə-Kəlbəcər yolu azad olunanda çox sevindim. Sonralar təəssüf ki, həmin ərazilər işğal olundu. Birinci Qarabağ müharibəsi iştirakçısı kimi bundan çox təəssüflənirdim, kədərlənirdim ki, əziyyətimiz hədər getdi. Amma 44 günlük Vətən müharibəsində Qarabağın azad olunması və o cümlədən orada oğlumun da payının olması çox sevindirici və qürurvericidir.

- Ata və babaların yarımçıq qoyduğu işləri oğullar və nəvələr başa çatdırdı, dünyaya bir daha sübut etdik ki, biz qəhrəman xalqıq…Bu mənada siz xoşbəxsiniz ki, oğlunuz Tural bəy sizin öcünüzü düşməndən aldı. Bu necə hissdir? 

- Bizim qisasımızı oğlum kimi minlərlə oğullar aldı.  Biz o vaxt müharibəyə gedəndə elə bilirdik ki, bu problemi həll edəcəyik, o gələcəyə qalmayacaq. Nə biləydim ki, bu problem 30 il çəkəcək və o vaxt dünyada olmayan oğlum gəlib İkinci Qarabağ müharibəsinin iştirakçısı olacaq? Oğlum 1999-cu il təvəllüdlüdür, yüngül yaralandı, amma Allaha şükür salamat gəldi. 44 gün müddətində stress keçirirdik, ağlayırdıq. Övlad çox şirindir, çox əziyyət çəkdik. Bir neçə gündən bir zabitlərin telefonu ilə evlə əlaqə saxlayırdı. Zəng edirdi sevinirdik, elə ki zəng etmirdi “indi hərbi komissarlıqdan xəbər gələcək ki, oğlunuz şəhid olub” deyirdim. 

- Belə çıxır ki, özünüzü oğlunuzun şəhid olması xəbərinə də hazırlayırdınız?

- Səmimi deyirəm, bəli, hazırlayırdım. Nəinki özümü, hətta anasını da evdə psixoloji cəhətdən hazırlamışdım ki, ola bilsin, o uşaq bizim qismətimizdə yoxdur, Vətən yolunda şəhid olacaq, qismətimizdə varsa sağ-salamat gələcək. 44 gün ərzində keçirdiyim həyəcanlar məndə şəkər yaratdı, ürəyimə üç stend qoyuldu. Hər dəfə danışanda çalışırdım ki, kövrəlməyim,  özümü tox tutum. Bir dəfə oğlum dedi ki, ata, 12 kəndi ermənilərdən geri almışıq (səsi titrəyir, kövrəlir). Elə sevindim ki, elə bildim özüm döyüşdəyəm. Hərçənd, 44 günlük müharibə dövründə özüm də Müdafiə Nazirliyinə müraciət etdim. Onda 61 yaşım vardı. Dedim ki, keçmiş döyüşçüyəm, topçuların komandiri olmuşam, oğlum da Kəlbəcər-Murov istiqamətində döyüşdədir, icazə verin gedim ya oğlumla birgə döyüşüm, ya da başqa yerdə. Taleyin işinə bax ki, oğlum da müharibədə topçu olub. Oğlum topçu kimi də mənim yolumu davam etdirib. 

- Siz Birinci Qarabağ mühribəsində iştirak etmisiz, bəzən eşidirik ki, bəziləri Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri, eləcə də iştirakçıları arasında fərq qoymağa cəhd göstərir. Buna necə yanaşmaq olar?

- Özüm heç vaxt bu problemlə üzləşməmişəm, amma belə hallar olduğu barədə mən də eşidirəm. Bu düzgün yanaşma deyil, bunu heç yaxına buraxmaq olmaz, şəhid şəhiddir, qazi qazidir. Birinci və İkinci Qarbağ müharibəsi veteranlarını bir-birindən fərqləndirmək olmaz, çünki hər ikisi də vətən yolunda döyüşüb. Məsələn, bilmirdim ki, müharibədən sağ gələcəyəm, kiminin alnına şəhidlik, kiminin də alnına qazilik yazılır. 

- Müharibə xatirələrini necə, hələ yazmaq istəmirsiz? 

- Biz uşaq vaxtı İkinci Dünya müharibəsində iştirak edən, döyüşən yazıçıların  cəbhə xatirələrini oxuyrduq. İsmayıl Şıxlının qeydlərini vurğulamaq istəyirəm. Biz bunları oxumuşduq, vətənpərvərliyi o kitablardan öyrənmişdik, hamımız Mehdi Hüseynzadə, Həzi Aslanov, İsrafil Məmmədov olmaq istəyirdik. Tale elə gətirdi ki, bizə də müharibədə iştirak etmək qismət etdi. Mən də müharibədə qeydlər aparırdım, məsələn, düşmənin nə qədər texnikasını məhv etdik, hansı döyüş əməliyyatlarını keçirdik və sair. İkinci Qarabağ müharibəsindən əvvəl yazmağa başlamışdım, amma sonra yarımçıq saxladım. Mənim o vaxt yazacağım kitab yarımçıq olacaqdı, qələbədən yazılmayacaqdı. Yaxşı ki, yarımçıq qaldı o kitab, indən sonra yazılacaq. Oğlum kimi minlərlə oğulun silahla yazdığı qələbə tarixini mən də kağıza köçürəcəyəm. İndi kitabı qələbə ilə tamamlamaq olar. Təki sağlıq olsun. Bilirsiz ki, “Təzadlar” qəzetinin sonuncu səhifəsində “Həftəbecər” rubrikam var, onu da kitablaşdırmaq istəyirəm. 

- “Həftəbecər”in də oxucusu çoxdur. İnsanları nə cəlb edir ki, o rubrikanı belə həvəslə oxuyurlar? 

- Orada yazdıqlarım insanların ürəyindən xəbər verən məsələlərdir. Çox yaxşı oxucularım var. Akademiyadan professor Şahbaz Muradov zəng vurub deyir ki, biz alimlər yorulanda sizin rubrikanı oxuyuruq. Baş Prokurorluğun mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sultanov, professor İzzət Rüstəmov, yoldaşı Rəfiqə xanım  və başqaları bu rubrikanı həvəslə oxuyurlar. Sadə vətəndaşlar da bu rubrikaya maraq göstərir.

- Neçə ildir “Təzadlar”da işləyirsiniz? 

- 40 ildir mətbuatdayam. Yəni bu il mətbuata gəlişimin də 40 ili tamam oldu. 1983-cü ildə “Azərbaycan gəncləri” qəzetinə ştatdankənar müxbir kimi yazı verirdim və poçt vasitəsilə qonarar alırdım. Müstəqillik dövrünün ilk illərində “Müxalifət”, “Hürriyyət”. “Boz qurd”, “Millət” qəzetlərində, o cümədən “Azərbaycan müəllimi”, “Ədəbiyyat və İncəsənət”, “Bakı-Baku” axşam qəzetlərində yazılarım çap olunub. 28 ildir “Təzadlar”dayam. Bu il “Təzadlar”ın da 30 yaşı tamam oldu. Mən bu qəzetdə özümü tapdım. İşləmək üçün   məni bura dəvət etdilər, indiyəcən buradayam. Bəxtiyar Vahabzadə, Məmməd Araz redaksiya heyətinin üzvü olublar. Təzadlar adını da Bəxtiyar Vahabzadə verib. 

- Bəs nədən zövq alırsız?

- Yaxşlıqdan. Arzum budur ki, insanlar bir-birinə təmənnasız yaxşılıq etsinlər, bir-birinə dayaq dursunlar. İnsana dünyada yaxşılıqdan başqa heç nə qalmayacaq. Yaxşılıq ən böyük kapitaldır. 

- Siz çoxlu şeirlər bilirsiniz. Bəs özünüz necə, şeir yazmırsız? 

- Ədəbiyyat, şeir mənim həyatımdır, varlığımdır, mən onunla nəfəs alıram. Amma şeir yaza bimirəm. Şeirin qaydalarını o qədər dərindən bilirəm ki, mənim yazdığım o qaydaya, o çərçivəyə oturmaz. Böyük şairimiz Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Musa Yaqub, Söhrab Tahir, Məmməd İsmayıl, Mirvarid Dilbazi kimi şairlərlə dost olmuşuq, yeri gələndə çoxlarının şeirinə yerində olan düzəliş də etmişəm. Bəxtiyar Vahabzadənin “525-ci qəzetdə” şeirləri çıxmışdı, zəng edib dedim ki, Bəxtiyar müəllim, o şeirlərdən birində bir misra məni açmadı, olar onu  belə deyək? Telefonda deyib ki, bircə dəqiqə gözlə qeyd edim, kitaba belə salacağam. Baxmışam ki, həqiqətən də kitaba elə də salıb. O, o qədər sadə və böyük adam idi. Bir nümunə çəkim: rus tənqidçisi Belinski həmişə şeir məclislərinə gedir, şairlərin şeirlərinə hər dəfə bir “mız” qoyub gedir. Bu bir dəfə belə olur, beş dəfə belə olur, axırda şairlər bezib deyirlər ki, sən axı publisistsən, tənqidçisən, nə bilirsən şeir nədir, hər dəfə bir “mız” qoyub gedirsən. Belinski belə cavab verir: “Mən toyuq kimi yumurta verə bilməsəm də qayğanağın dadını yaxşı bilirəm”. Mən də şeir yaza bilməsəm də şeirin dadını yaxşı bilirəm, məni şeirdə aldatmaq olmaz. 

İradə SARIYEVA
P.S.”Bakı-Xəbər” qəzetinin kollektivi adından həmkarımız Elçin Məmmədlini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik 







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

Bələdiyyə sədrləri 2 üsulla seçiləcək - Praktikada nə gözlənilir...

SON XƏBƏRLƏR

04.12.2024 | 14:20
İran Suriyaya ordu göndərə bilər...

04.12.2024 | 13:52
Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir...

04.12.2024 | 13:36
Dələduzluqda şübhəli bilinən 5 nəfər saxlandı

04.12.2024 | 13:20
Rüşvət alarkən yaxalanan bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır...

04.12.2024 | 13:07
Messi və komanda yoldaşları Bakıya gəlir...

04.12.2024 | 12:53
"Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir" – Muxtar Babayev

04.12.2024 | 12:40
Macar nazir Avropanın iç üzünü açdı - Gürcüstanda müxalifət qalib gəlsəydi...

04.12.2024 | 12:26
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salındı

04.12.2024 | 12:20
Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA

04.12.2024 | 12:10
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker

04.12.2024 | 12:00
Sumqayıtda piyada yol qəzasında ölüb

04.12.2024 | 11:35
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO

04.12.2024 | 11:30
Xətai rayonunda çayxana yanıb

04.12.2024 | 11:20
Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

04.12.2024 | 11:12
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin təqdimatı olub

04.12.2024 | 11:10
Bu Afrika ölkəsində ilk dəfə qadın Prezident seçildi

04.12.2024 | 11:05
Qətər Əmiri üçün Bukinqem sarayında ziyafət verilib

04.12.2024 | 10:30
Bu gün Qubada 5 saat işıq olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

04.12.2024 | 10:22
Makron ən azı etika xatirinə İlham Əliyevə müraciət etməli idi...

04.12.2024 | 10:20
47 dəfə elçilərə "yox" cavabı verən xalq artisti

04.12.2024 | 10:10
“Bu günü yaşamaq bəlkə də bir yuxudur" - Şuşa sakini

04.12.2024 | 10:05
"Bavariya" son çempiona uduzdu

04.12.2024 | 10:00
Britaniyada quş qripi ŞOKU - 5 milyon doza peyvənd alındı

04.12.2024 | 09:30
İllərdir küsülü idilər, artıq barışıblar...

04.12.2024 | 09:24
Muskul şişirdən dərmanların satışı qadağan olsa da, sosial şəbəkələrdə qızğın steroid alveri gedir...

04.12.2024 | 09:20
Paşinyanın xahişini rədd edən deputat partiyadan qovuldu!

04.12.2024 | 09:10
"İqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir"

04.12.2024 | 09:05
Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - AÇIQLAMA

04.12.2024 | 09:00
Daha 48 ailə Şuşaya köçürüldü

04.12.2024 | 08:45
İki asteroid yer kürəsinə yaxınlaşır - NASA-dan XƏBƏRDARLIQ

04.12.2024 | 08:37
Yasamal sakinləri sökülən mənzillərin hər kvadratına 2500 manata razı olmurlar - Abdulla Şaiq küçəsində mübahisə...

03.12.2024 | 23:13
Qərb səfirlikləri Azərbaycanda kimlərə və niyə maşın bağışlayıb? - İctimai şuralarla bağlı dəhşətli faktlar ortaya çıxdı...

03.12.2024 | 21:24
Şəhid mayorun xatirəsinə həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi

03.12.2024 | 21:22
“Yalquzaq” səhnəyə çıxır

03.12.2024 | 21:19
Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq

03.12.2024 | 21:10
Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

03.12.2024 | 20:54
Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

03.12.2024 | 20:39
Suriya xalqına Əsədin gedişi, ya qalması faydalıdır? - Müzakirələr gedir...

03.12.2024 | 20:24
Türkiyə və Rusiya ordusu Suriyada bir-biri ilə toqquşa bilər?

03.12.2024 | 20:10
Makron Netanyahudan qorxdu - əvvəlcə dedi həbs olunacaq, sonra isə...

03.12.2024 | 19:56
Ermənistan Tiflisə yüzlərlə diversant göndərib...

03.12.2024 | 19:41
"Ukrayna və Gürcüstandan sonra Rusiyanın hədəfi bizik" - Ermənistanı yeni qorxu bürüyüb...

03.12.2024 | 19:27
Moskvadan Paşinyana tələb - Qərbin 2500 təşkilatını bağla...

03.12.2024 | 19:12
Britaniya kəşfiyyatından Trampa xəbərdarlıq

03.12.2024 | 18:58
Qərb Gürcüstanda yeni "rəngli inqilab" ssenarisini reallaşdıra bilmir...

03.12.2024 | 18:44
Mərkəzi Bankın valyuta ehtiyatları hələ tarixdə bu qədər azalmamışdı...

03.12.2024 | 18:30
Qərbin Gürcüstana müdaxilə cəhdləri "3+3" formatında müzakirə oluna bilər...

03.12.2024 | 18:16
Dünya alimləri Qərbi Azərbaycan mövzusunu müzakirə edəcəklər...

03.12.2024 | 18:02
ABŞ-da ermənilərin xeyriyyəçilik adı ilə topladığı milyonlar Ermənistanda hərbi məqsədlərə yönəldiləcək...

03.12.2024 | 17:55
MM-də 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda təsdiqləndi

03.12.2024 | 17:48
Azərbaycanda uşaqlar üçün yeni Konsepsiya? - Suallar ortaya çıxdı....

03.12.2024 | 17:35
Baqramyanın nəvəsi İrəvanda Hitlerin əlaltılarının heykəlini görmür, Gəncədə babasının heykəlini axtarır...

03.12.2024 | 17:23
Moskvadan Ukrayna və Qərbə növbəti xəbərdarlıq - buna imkan verməyəcəyik...

03.12.2024 | 17:22
Müasir kütləvi proqramlar və innovasiyalar...

03.12.2024 | 17:15
“Laçın Beynəlxalq Hava Limanı bölgənin strateji əhəmiyyətini daha da artıracaq” - Vüqar Rəhimzadə

03.12.2024 | 17:09
Bələdiyyə sədrləri 2 üsulla seçiləcək - Praktikada nə gözlənilir...

03.12.2024 | 16:51
Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa keçirildi

03.12.2024 | 16:41
Gürcüstan Patriarxlığı məktəbliləri aksiyalara çağıran Zurabişviliyə səsləndi - Ümid edirik uşaq bağçalarını da çağırmayacaqsız...

03.12.2024 | 16:30
Günəş ömürlü Vətən sevdalısı Vüsal Kazımov... - FOTO

03.12.2024 | 16:26
Gürcüstan Konstitusiya Məhkəməsi prezident və müxalifətin 26 oktyabr seçkilərilə bağlı iddiasını rədd etdi

03.12.2024 | 16:18
Dövlət Fondu Bakıda 144 milyona yaşayış sahələri alır...

03.12.2024 | 16:10
Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər yaxalandı - FOTO

03.12.2024 | 15:42
"Landmark" 120 milyon manata satışa çıxarılır

03.12.2024 | 15:26
İrandan Rusiyaya yük maşını ilə külli miqdarda narkotik aparanlar Astarada "ilişdi"

03.12.2024 | 14:50
Ukrayna Rusiyanı ikinci sülh sammitinə dəvət edəcək - Zelenski açıqladı

03.12.2024 | 14:30
BMU-nun rektoru beynəlxalq olimpiadanın qalibləri ilə görüşüb

03.12.2024 | 14:16
Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında COP29-un nailiyyətlərindən danışdı

03.12.2024 | 14:15
Prezident Naxçıvan Dövlət Universitetinə rektor təyin etdi

03.12.2024 | 14:02
"Azərbaycan gələn il İƏT Zirvə görüşünə ev sahibliyi etmək niyyətindədir" - Ceyhun Bayramov

03.12.2024 | 13:58
İtirilmiş NƏSİL...

03.12.2024 | 13:46
Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçildi

03.12.2024 | 13:37
Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr məlum olub

03.12.2024 | 13:30
BMT Türkiyənin Ormana kəndini ən yaxşı turizm kəndlərindən biri elan edib

03.12.2024 | 13:28
Ermənistan rəsmisi BMT tribunasından faşist Njdenin müdafiəsinə qalxdı - VİDEO

03.12.2024 | 13:23
Türkiyə Azərbaycana yeni səfir təyin etdi

03.12.2024 | 13:16
BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu ifşa etdi - Kostanyan da etiraf etməyə məcbur oldu...

03.12.2024 | 13:04
"Made in Turan" məhsulları Amerika bazarına çıxarılır...

03.12.2024 | 12:50
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi istefa verdi - böyük sevgi ilə buranı tərk edirəm

03.12.2024 | 12:30
Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

03.12.2024 | 12:00
La Liqa klubu 50 yaşlı baş məşqçini qovdu

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031