Bu il dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 436,7 milyon manat kredit verilib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 29,2 % artaraq 452,6 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 1,3 % azalaraq 370 milyon manata, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 87,6 milyon manata düşüb.
Mətləb