Kremldən Serbiyadakı hadisələrlə reaksiya - Üçüncü qüvvələr Belqradda iğtişaş törətməyə cəhd edir...
Kremlin sözçüsü Dmitri Peskov, aralarında əcnəbilərin də olduğu üçüncü qüvvənin Serbiyada iğtişaş yaratmağa cəhd etdiyini bildirib.
Peskov dekabrın 17-də Serbiyada keçirilən ümumi və yerli seçkilərin nəticələrinə qarşı nümayişlərə işarə edərək baş verənləri Serbiyanın daxili işi adlandırıb. Ölkədə bütün lazımi tədbirləri görə biləcəyinə inandığımız qanuni bir hökumət var. Heç kimin xüsusilə də müttəfiqimiz və ortağımız Serbiyanın daxili işlərinə qarışmadıq və qarışmaq fikrində də deyilik" - deyə Kremlin sözçüsü bildirib.
Peskov Serbiya ilə əlaqələri yüksək qiymətləndirdiklərini və bu əlaqələrin müxtəlif sahələrdə inkişaf etmək imkanının olduğunu bildirib.
Ölkədəki seçkilərdə "hər hansı pozuntunun olmadığına" dair açıqlamaların olduğuna diqqət çəkən Peskov deyib: "Üçüncü gücün (xarici güclər də daxil olmaqla) Belqradda iğtişaş törətmək cəhdlərini görürük. Serbiya rəhbərliyinin sabitliyi təmin edəcəyinə heç bir şübhəmiz yoxdur".
TAHİR