İsrail Suriyada SEPAH generalını öldürdü
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı komandirlərindən olan Razi Musəvi İsrailin Dəməşq yaxınlığında hava hücumu nəticəsində öldürülüb.
İranın yarı rəsmi Tasnim Xəbər Agentliyi öldürülən iranlı komandirin Suriyada “hərbi məsləhətçi” vəzifəsində çalışdığı və 2020-ci ildə ABŞ-ın İraqdakı hücumunda öldürülən iranlı general Qassem Süleymani ilə yaxın dostu olduğunu bildirib.
İran İnqilab Keşikçiləri Korpusu da İsrailin Suriyaya endirdiyi hava zərbəsi nəticəsində Musəvinin öldürüldüyünü təsdiqləyib.
İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü Seyid Razi Musəvinin Suriyanın paytaxtı Dəməşq yaxınlığında İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.
“İnqilab Keşikçiləri Korpusunun Suriyadakı hərbi məsləhətçilərindən biri briqada generalı Seyid Razi Musəvi Dəməşqə hücum nəticəsində həyatını itirib. O, həmçinin general Qasım Süleymaninin yaxın dostlarından biri idi və Suriyada müqavimət cəbhəsini dəstəkləməkdən məsul idi. İsrail rejimi şübhəsiz ki, bu cinayətin bədəlini ödəyəcək” – deyə SEPAH-ın açıqlamasında bildirilir.
Qeyd edək ki, İsrail bundan əvvəl Dəməşq yaxınlığında hava hücumu nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun iki üzvünü öldürmüşdü.
TAHİR