KÖHNƏ VERSİYA            

Fransanın bu hərəkəti tək Natəvana yox, Aleksandr Dümaya da hörmətsizlikdir...

Image

Azər Həsrət: “...Fransa tərəfi özünün cılızlığını nümayiş etdirir” 

Emmanuel Makron hakimiyyətinin antiazərbayan siyasəti Fransa kimi “mədəniyyət və demokratiya beşiyi” adına iddialı olan dövləti rəzil vəziyyətə salıb. Ruhlarını ermənilərə satan Fransa siyasiləri Azərbaycanla bağlı ağlasığmaz qərar verirlər.  

Fransanın Azərbaycana qarşı qərəzli və iyrənc münasibəti artıq mədəniyyət sahəsində də, tarixi şəxsiyyətlərə yanaşmada da özünü göstərir. 

Belə ki, Fransanın “Le Messager” nəşri yazır ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. Belə ki, qərara əsasən “Azərbaycan parkı” sözünün qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, “Azərbaycan parkı” 2017-ci ildə açılıb.

Fransız nəşrinin məlumatına görə, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhər meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.

Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub.

Bu arada, görünən odur ki, Azərbaycan mədəniyyətinin düşmənləri indi diqqətlərini məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəldiblər.

Merin müavini Jan-Pyer Amadio Xurşidbanu Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb: “O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”.

Bizim media haqlı olaraq qeyd edir ki, Fransa şəhərinin meriyasının bu addımı son vaxtlar Fransada hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir.

Fransa höküməti Azərbaycan mədəniyyətini, eləcə də Xan qızı Xurşidbanu Natəvanın abidəsini hədəfə almaqla fransız yazıçısı Aleksandr Dümanın da ruhuna hörmətsizlik edir. Xan qızı ilə Dümanın tanışlığı, görüşü bir tarixdir. 

Qeyd edək ki, fransız yazıçısı Aleksandr  Düma   1858-1859-cü illərdə Qafqaza səfəri zamanı  müəyyən müddət  Azərbaycan ərazisində səyahət edib. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (fransızça: İmpression de Voyage Le Caucase) Parisdə çap olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan   Aleksandr Düma orada  Xurşudbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı  mat  edir. Natəvan Dümaya qalib gələrkən Dümadan yaşca xeyli kiçik idi. Natəvanın  cəmi 26, Dümanın isə 56 yaşı vardı.

Bu da tarixi həqiqətdir...Bu gün Dümanın xüsusi münasibət bəslədiyi bir Azərbaycan şairəsini hədəfə almaq Makron hökumətinin mədəni səviyyəsinin hansı həddə olduğunu göstərir.

“Bu hörmətsizlik, bu qərəz Fransanın bir dövlət olaraq özünü ermənilərin cılız iddialarına təslim etməsindən irəli gəlir” 

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə “Hər  şeydən əvvəl onu qeyd etmək lazımdır ki, dövlətlər və xalqlar arasındakı münasibətlər mədəniyyət abidələrinə, tarixi şəxsiyyətlərə sirayət etməməlidir. Yəni Azərbaycan dövləti ilə Fransa dövləti arasında bir gərginlik yaşanırsa belə, o gərginliyin nəticəsində Natəvan kimi ortaq mədəniyyətə xidmət etmiş tarixi şəxsiyyətə, türk və Şərq aləmində tanınmış, zəmanəsinin parlaq  xeyriyyəçisi və insanpərvər qadına qarşı bu cür münasibət olmamalıdır. Belə münasibət sərgiləməklə Fransa tərəfi özünün cılızlığını nümayiş etdirir”-deyə bildirdi.    

A.Həsrətin fikrincə, Azərbaycan dövləti ilə hansısa məsələlərdə anlaşa bilmirlərsə, bu məsələləri siyasilərlə masa arxasında çözmək lazımdır, gedib heykəlləri yıxmaqla, mədəniyyət nümunələrinə qarşı  hörmətsizlik etməklə deyil. “İkinci bir tərəfdən, ümumiyyətlə, kifayət qədər demokratiya, insan haqları məsələlərində özünün yeri, rolu olduğunu iddia edən Fransa kimi bir dövlətə bu davranış əsla yaraşmır. Belə bir davranış nədən qaynaqlanır? Bu hörmətsizlik, bu qərəz Fransanın bir dövlət olaraq özünü ermənilərin cılız iddialarına təslim etməsindən irəli gəlir. Faktiki olaraq Fransada vəzifələrdə olan ermənilər təsir göstərərək bu boyda dövləti cılız, adına yaraşmayacaq addımlar atmağa məcbur edirlər. Yəni mənə elə gəlir ki, Fransa dövləti də, onu idarə edənlər də bunun fərqinə varmalıdırlar. Azərbaycan bir Şərq dövlətidir, biz Qərbə baxıb oradan yaxşı nələrisə götürməyə cəhd göstəririk, belə bir şəraitdə Fransanın bu davranışları, təbiidir ki, bizdə böyük təəssüf hissi yaradır”-deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA  







VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

Nazirliyin rəhbərliyində elmi dərəcəsi olanlar və olmayanlar...

Azərbaycanın rusdilli mediasının 25 yaşlı gənci - "Novoye vremya"...

Baydenin müşaviri Bakıya xüsusi göndərilib...

SON XƏBƏRLƏR

11.10.2024 | 16:29
Alptekin Cihangir İşbilirin kitabı çapdan çıxdı

11.10.2024 | 16:20
İran gizli şəkildə ilk nüvə sınağını keçirib - Simnandakı zəlzələ ilə başlı şok iddia...

11.10.2024 | 15:51
Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

11.10.2024 | 15:48
Köçəryanın 7 milyonluq əmlakı əlindən alınır, sabiq baş qərargah rəisi Davtyan da "ilişdi"...

11.10.2024 | 15:17
Saatlıda 16 yaşı tamam olmamış qızla evlənən gəncə cinayət işi açıldı...

11.10.2024 | 14:53
Mingəçevirdə diş poliklinikasından oğurluq edən şəxs kameraya yaxalandı

11.10.2024 | 14:28
1100-dək bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu yaranıb...

11.10.2024 | 14:05
COP29-da Bakının adını daşıyacaq 8 Bəyannamə və öhdəliklər olacaq...

11.10.2024 | 13:48
Azərbaycan COP tarixində bir ilkə imza atdı - qlobal atəşkəs təşəbbüsü...

11.10.2024 | 13:26
Prokurorluq Qazaxda tələbələrin zəhərlənməsi ilə bağlı araşdırmalara başladı

11.10.2024 | 13:14
Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub

11.10.2024 | 13:06
İqtisadi Şuranın iclası keçirilib - aidiyyəti qurumlara tapşırıqlar verilib

11.10.2024 | 13:05
Что делать? У армяшек нет никакой ясности - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.10.2024 | 13:02
"Jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması müasir dövrün vacib çağırışlarındandır"

11.10.2024 | 12:50
Məmməd İsmayılın “boz ədəbiyyat”ı... və ya xroniki mətnsizlik sindromu

11.10.2024 | 12:37
"Uyğunlaşma üçün işlər görülüb ki, ölkələr öz gələcəklərinə sərmayə qoya bilsinlər" - Baydenin müşaviri

11.10.2024 | 12:26
Azərbaycanda 1400 bələdiyyə birləşdirilir...

11.10.2024 | 12:10
Rusiya Odessanı bombaladı, 4 nəfər öldü

11.10.2024 | 12:00
9 ayda Bakıda 1 500-ə yaxın yol qəzası olub - DİN məlumat yaydı

11.10.2024 | 11:30
Çinlidə fərasətə bax - Bakıda 330 min manatlıq saat oğurlayıb...

11.10.2024 | 11:16
Bakıda soyğunçuluq edən keçmiş məhkum yaxalandı

11.10.2024 | 11:10
Tramp seçici dəstəyinə görə Kamala Harrisi üstələyir - ən son rəy sorğusu açıqlandı

11.10.2024 | 11:05
Pakistanda kömür mədəninə silahlı basqın olub - 20 şaxtaçı öldürülüb

11.10.2024 | 11:04
Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

11.10.2024 | 11:03
ABŞ Güney Qafqazdan qovula bilər - CANLI

11.10.2024 | 11:00
Leyla və Arzu Əliyevalar Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüblər

11.10.2024 | 10:20
Qazaxda 18 tələbə dönərdən zəhərlənib - TƏBİB açıqlama yaydı

11.10.2024 | 10:15
Putin Türkmənistana gedib - Pezeşkianla da görüşəcək

11.10.2024 | 10:10
Türkiyəli müğənninin bacısı intihara cəhd edib

11.10.2024 | 10:06
"COP29-un sədri kimi Azərbaycan çətin vəzifənin öhdəsindən uğurla gəlir"

11.10.2024 | 10:00
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Estoniya ilə qarşılaşacaq

11.10.2024 | 09:56
Türkiyədə tarixi xalq kitabxanası yanıb

11.10.2024 | 09:30
Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

11.10.2024 | 09:26
Avtobus marşrut sahibləri indiyədək dövlətə pul verirdilər, indi dövlətdən pul alacaqlar... Yeni layihə, ya büdcəyə yük?

11.10.2024 | 09:15
İngiltərə millisindən ŞOK məğlubiyyət, Fransa yğıması İsrailə aman vermədi

11.10.2024 | 09:06
Mədəniyyət naziri “Euronews”un nümayəndə heyəti ilə görüşüb

11.10.2024 | 09:00
Baş prokuror Gəncədə “Memorial Abidə Kompleksi”ni ziyarət edib

11.10.2024 | 08:41
Özbək uşaqlar üzərində Fransanın "kəşfiyyat layihəsi" başladı - Fransadan türkə dost olar?...

11.10.2024 | 00:05
Ermənilərin Gəncəyə dördüncü qanlı raket hücumundan 4 il ötür...

10.10.2024 | 23:16
Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” dünyada böyük dəstək qazandı - 127 ölkə...

10.10.2024 | 22:46
BDU-da “Jurnalistika təhsili və “Tədris xəstəxanası” modeli” mövzusunda elmi seminar keçirilib

10.10.2024 | 22:43
Kadırov ona sui-qəsd hazırlandığını iddia etdi və üç vəzifəli şəxsi qisasla hədələdi - əksini sübut etməsələr...

10.10.2024 | 21:14
Ermənistan "Zəngəzur dəhlizində" çıxılmaz vəziyyətə düşüb...

10.10.2024 | 21:00
Nazirliyin rəhbərliyində elmi dərəcəsi olanlar və olmayanlar...

10.10.2024 | 20:45
Rus əsgərlərinin İran-Ermənistan sərhədindən çəkilməsinin ŞOK TƏFƏRRÜATLARI...

10.10.2024 | 20:31
Güney Azərbaycanda iqtisadi oyanış başladı - yeni vali od püskürdü...

10.10.2024 | 20:16
Rusiyanın bu qərarları Azərbaycana qarşı İrəvanın mövqeyini bərkidə bilər...

10.10.2024 | 20:03
ABŞ-ın Azərbaycanla bağlı siyasəti dəyişəcək

10.10.2024 | 19:55
Prezident “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqlədi

10.10.2024 | 19:54
Ailəsini qıran Əhməd Əhmədovla bağlı məhkəmə qərarına dair Baş Prokurorluqdan reaksiya...

10.10.2024 | 19:49
Əliyev ABŞ sanksiyalarına qarşı qlobal proses başlada bilər...

10.10.2024 | 19:36
Qadın hüquqları məsələsində Azərbaycanın dünyada yeri - daha öndə olmağın yolları...

10.10.2024 | 19:32
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə Anlaşma Memorandumu təsdiqləndi

10.10.2024 | 19:23
Qubadan deputat Əlibala Məhərrəmzadənin yazıçı-publisist karyerası - nələr var...

10.10.2024 | 19:13
Balakən gənclərinin əsas görüş və fəaliyyət mərkəzi – Gənclər evi

10.10.2024 | 18:58
Azərbaycanın rusdilli mediasının 25 yaşlı gənci - "Novoye vremya"...

10.10.2024 | 18:44
Stalin məşhur "YAK-3" qırıcılarını Bakıda harada istehsal etdirirdi?..

10.10.2024 | 18:30
Ermənistanda "faşizm sevgisi" - 9 Mayın MDB-də mühüm roluna böyük təhdid…

10.10.2024 | 18:17
ABŞ qorxudan Türkiyəyə sanksiya tətbiq edə bilməz - ekspert rəyləri...

10.10.2024 | 18:02
ABŞ hakimiyyəti Azərbaycanla münasibətlərin gələcəyini necə görür...

10.10.2024 | 17:48
Türkiyədə 10 illik qapalı müzakirələrə Azərbaycandan rəylər...

10.10.2024 | 17:35
Məşhur parataekvondoçumuz Los-Anceles 2028-ə hazırlaşır… - FOTO

10.10.2024 | 17:23
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

10.10.2024 | 17:15
Baydenin müşaviri Bakıya xüsusi göndərilib...

10.10.2024 | 17:02
Fəlsəfə doktorlarının ictimai statusu dəyişdirilir - nazir anons etdi...

10.10.2024 | 16:43
Narkoşəbəkənin daha 20 üzvü saxlandı, 146 kq narkotik dövriyyədən çıxarıldi - VİDEO

10.10.2024 | 16:35
ABŞ-ın Zelenskidən varisini müəyyənləşdirməsini istədiyi ortaya çıxdı...

10.10.2024 | 16:16
“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq

10.10.2024 | 16:05
Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

10.10.2024 | 16:03
“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçiriləcək

10.10.2024 | 15:46
Pre-COP29 çərçivəsində “Troyka ölkələrinin 1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusu müzakirə edildi

10.10.2024 | 15:28
Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

10.10.2024 | 15:04
Azərbaycanın tarixi Zəfərinin, Ermənistanın isə məğlubiyyətə uğramasının MDB səviyyəsində təsdiqi - ŞƏRH

10.10.2024 | 15:00
Paşinyan yenə blef edir - Gürcüstanla İranı bir tərəziyə qoyur, Azərbaycanla Türkiyəyə normallaşma mesajı göndərir...

10.10.2024 | 14:50
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

10.10.2024 | 14:42
Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

10.10.2024 | 14:25
Bakıda bank kartından oğurluq edən şəxs saxlanılıb

10.10.2024 | 14:10
"İqlim dəyişikliyinin Yer kürəsinə təsiri müzakirə olunmalıdır" - Aİ komissarı

10.10.2024 | 13:28
Azərbaycan sərhədlərini pozan altı əcnəbi saxlandı

10.10.2024 | 13:17
"İqlim məsələsində 8 milyard insanın gözləntisini həyata keçirmək üçün qlobal əməkdaşlıq lazımdır" - BMT rəsmisi

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031