Tehran səfirliyimizə hücumla əlaqədar istintaq işi gələn ay araşdırılacaq...
Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar istintaq işinin gələn ay (21 yanvar - 19 fevral 2024) araşdırılması üçün vaxt təyin edilib.
Trend-in məlumatına görə, bunu İranın Tehran vilayəti məhkəmələrinin baş hakimi Əli Əl-Qasi Mehr bu gün Tehranda Hakimlərin Ali Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq işindəki nöqsan və maneələr artıq aradan qaldırılıb.
Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb. Həmin hücumdan sonra səfirliyin fəaliyyəti dayandırılıb.