Məşhur ingilis klubunun 25 faizi satıldı
"Mançester Yunayted”in səhmlərinin 25 faizi satılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dünyanın nəhəng kimya şirkətlərindən biri olan İNEOS-un sahibi Cim Retkliff klubun “B” siniflinin səhmlərinin 25 faizini alıb. Klubun sahi olan Qleyzer ailəsi ilə “A” siniflinin səhmlərin də 25 faizinin alınması ilə bağlı razılıq əldə olunub..
Müqavilənin dəyəri 1,3 milyard funt sterlinq təşkil edib. Həmçinin ingiltərəli milyarder “Old Trafford” stadionunun infrastrukturunun təmiri üçün 300 milyon dollar ayıracaq. Klubun yaydığı bəyanatda bildirilib ki, İNEOS şirkəti "Mançester YUnayted"in futbol əməliyyatlarını idarə etmək hüququna da sahib olacaq.
Mətləb