Makronun ikiüzlülüyü… Bir tərəfdən atəşkəsə çağırır, digər tərəfdən İsrailə ordu göndərir - 4 mindən çox əsgər…
Fransada İtaətsiz Fransa (LFI) Partiyasının millət vəkili Tomas Portes, Qəzzada “müharibə cinayətlərində” ortaq olduqlarını əsas gətirərək İsrail ordusuna qoşulan 4185 fransız əsilli əsgərə qarşı cinayət işi açılmasını tələb edib. Portes X sosial media platformasında verdiyi açıqlamada İsrail ordusunun Qəzza və İordan çayının qərb sahilində törətdiyi cinayətlərin miqyasına diqqət çəkib.
Müxalifətçi deputat Qəzzada və İordan çayının qərb sahilində döyüşən fransız əsgərlərinə qarşı Respublika Prokurorluğuna cinayət işi açılması üçün ərizə verdiyini bildirib. Respublika Prokurorluğuna göndərdiyi iddia ərizəsini də paylaşan Portes, bölgədə İsrail ordusunda 4 min 185 fransız əsgərinin xidmət etdiyini qeyd edib.
Tomas Portes, 70 faizi qadın və uşaq olan Qəzza əhalisinin yüzdə 1-nin oktyabrın 7-dən bu yana öldürüldüyünü xatırladaraq, Qəzzada mülki əhalinin məcburi köçürüldüyünü vurğulayıb. Millət vəkili Portes xatırladıb ki, son iki ayda bir çox beynəlxalq hüquq ekspertləri və insan haqları təşkilatları regionda baş verən vəhşilikləri “müharibə cinayətləri”, “insanlığa qarşı cinayətlər” və ya “soyqırım” kimi qiymətləndiriblər.
Qəzzada “insanlığa qarşı cinayətlərin” və “müharibə cinayətlərinin” törədildiyinə dair güclü dəlillərin olduğunu bildirən Portes, Qəzzada xidmət edən fransız əsgərlərinin bu cinayətlərdə "şərik olduqlarını" və buna görə də onların məhkəmə qarşısına çıxarılması gərəkdiyini deyib.
Portes, Fransa hüquq-mühafizə orqanlarının bölgədəki fransız zabitlərinin beynəlxalq və Fransa qanunlarına zidd hərəkətlərinə görə məsuliyyətini araşdırmaq məcburiyyətində olduğuna diqqət çəkib.
TAHİR