İran mübahisəli üç ada ilə bağlı Rusiyaya nota verdi - adalar bizə aiddir…
Rusiya-Ərəb Əməkdaşlıq Forumundan sonra İranın nəzarətində olan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də iddia etdiyi Fars körfəzindəki üç ada ilə bağlı verilən birgə bəyanata etiraz olaraq Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Tehranın etiraz notası səfirin olmadığı müddətdə nazirliyə çağırılan Rusiyanın müvəqqəti işlər vəkilinə çatdırılıb.
Bəyanatda “Fars körfəzindəki üç adanın İrana aid olduğu və bu mövzuda hər hansı bir tərəfin iddiasının qəbuledilməz olduğu” bildirilib.
Rusiyalı diplomat ən qısa zamanda İranın etirazlarını Moskvaya çatdıracağını bildirib.
TAHİR