Putin Azərbaycanı müttəfiq ölkə adlandırdı...
Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Təbrik məktubunda Rusiya lideri Azərbaycanla ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri barədə fikirlərini ifadə edib. .“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz facebook səhifəsində bu barədə fikirlərini açıqlayıb. Politoloq yazır:
Putinin bizim Prezident İlham Əliyevə təbrik məktubunda bir məqam xüsusi diqqətimi çəkdi. Belə ki, Putin Azərbaycanla Rusiyanın münasibətlərini müttəfiqlik münasibətləri kimi xarakterizə edir.İndiyə kimi heç belə yanaşma olmamışdı.Azərbaycanla Rusiyanın münasibətləri bir qayda olaraq " tərəfdaşlıq" kateqoriyası altında təsvir olunurdu.Rusiyanin milli təhlükəsizlik strategiyasında da Azərbaycan tərəfdaş öıkə statusunda qeyd edilib.Ermənistan həmişə müttəfiq ölkə hesab edilirdi.İndi təbii ki, Rusiyada Paşinyana və Ermənistana müttəfiq kimi baxılmır...
Həqiqətən böyük keyfiyyət dəyişməsi baş verib.Azərbaycan Rusiya üçün tərəfdaş ölkədən müttəfiq ölkə statusuna keçid edib.
Bunu da əslində Ermənistanın üzərində diplomatik üstünlüyün başqa bir təzahürü kimi qəbul etmək lazımdır....
Mətləb