Ceyhun Bayramovla Lavrov regional vəziyyəti müzakirə ediblər
Bu gün xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də, cari regional vəziyyəti müzakirə ediblər.
ZÜMRÜD