KÖHNƏ VERSİYA            

Heyvandarlıqda ciddi problemlər yarandı: ət xeyli bahalaşacaq...

Image

Azərbaycanda, xüsusən də regionlarda heyvandarlıqla məşğul olanlar ot və yem məhsullarının qiymətində artım olmasından narazılıq edir. Bildirilir ki, bu gün yoncanın bağlaması 7 manatdan bahadır, halbuki, sentyabrda 5 manat idi.

Bundan başqa, fermerlər özləri yetərincə ot yığa bilmir. Çünki quraqlıq prosesə təsir göstərib. Əvvəllər hektara 300 bağlama çıxdığı halda, bu mövsüm 60 bağlama güclə olub. Bu da otun qiymətini qaldırıb.

O da qeyd edilir ki, ətin qiymətində son dövrlərdə qeydə alınan artım da fermerlərin durumunu düzəltmir. Bir tərəfdən də Rusiyadan, Gürcüstandan iri və xırdabuynuzlu heyvanlar gətirilir. Onlar yerli heyvanlara nisbətən daha ucuz olur. Bütün bunlar yerli sort heyvandarlığın inkişafında problem yaşanmasına səbəb olur. Dövlət Statistika Komitəsinin bu ilin oktyabrında yaydığı informasiyaya əsasən, ölkədə iribuynuzlu heyvanların sayı 2 milyon 533.1 min baş olub. Xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 223.2 min baş təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayında 4.3, xırdabuynuzlu heyvanların sayında isə 8.9 faiz azalma var. Bu ilin yeddi ayında ölkəyə 51 milyon 224 min dollarlıq diri heyvan idxalı reallaşıb. Ötən ilin eyni dövründə bu rəqəm 29 milyon 420 min dollar təşkil etmişdi. Yəni ötən illə müqayisədə artım 74 faizdən artıqdır. Bu ilin yanvar - oktyabr aylarında Azərbaycan xaricdən mal əti idxalını da 93.3 faiz artırıb. Diri heyvan idxalında Azərbaycan üçün iki əsas bazardan biri Rusiyadır. Hazırda Rusiyada inflyasiya sürətlənib. İyulda qoyun ətinin istehsalçı qiymət indeksi iyunla müqayisədə 21.3 faiz artıb. Pərakəndə satışda isə qoyun əti cari ilin birinci yarısında 9.7 faiz bahalaşıb. Bu da onu deməyə əsas verir ki, Rusiyadan diri qoyun idxalı bahalaşacaq. Heyvanların sayının azalması və qiymətinin aşağı düşməsinə baxmayaraq, rayonlarda əhalinin əksər hissəsi ətin qiymətindən narazıdır. Bir çox bölgədə mal ətinin satış qiyməti 12-16, qoyun və quzu əti 15-19 manat arası dəyişir. Ət son iki ildə ən çox bahalaşan malların sırasındadır. Təhlillərə əsasən, bahalaşmaya ilk öncə ölkə üzrə iri və xırdabuynuzlu heyvanların sayının kəskin azalması səbəb olur. Azalmaya da ilkin səbəb yemin bahalaşması hesab olunur. Rayon bazarlarında fermerlər son 10 ildə yemin qiymətində növündən asılı olaraq iki-beş dəfə arası artım olduğunu söyləyir. Həm rəsmilər, həm də fermerlər ölkədə örüş və otlaq sahələrin azalmasını əkin sahələrinin genişlənməsi ilə bağlayırlar. Statistikalar onu deməyə əsas verir ki, son illər təyinatından asılı olmayaraq əkinə yararlı bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur. Otlaq sahələrinin azalması kəndlinin mal-qara saxlamasını çətinləşdirir və sayını azaldır. Bu da ümumi bazara çıxarılan ətlik mal və heyvanların sayına təsir göstərir. Çəkisinin çoxalması üçün mal-qaraya verilən yemin tərkibinə daxil olan komponentlər də xaricdən idxal olunur. Kənd Təsərrüfatı Nazirliyindən “Azadlıq” radiosuna bildirilib ki, heyvan bazarları, eləcə də ət kəsimi məntəqələrində qiymətləri onlar özü təyin edir, bununla bağlı nazirlik mövqe verə bilməz: “Ümumiyyətlə, nazirlik qiymət müəyyənləşdirən tərəf deyil. Kənd təsərrüfatı məhsullarının istehsalını subsidiyalaşdıran qurumuq. İdxal və ixrac proseslərini də Kənd Təsərrüfatı Nazirliyi həyata keçirmir, digər qurumların işidir. Bazarda monitorinqi ancaq İqtisadiyyat Nazirliyinin qurumları apara bilər”. Qurumdan o da bildirilib ki, ölkədə on mindən çox ət kəsimi məntəqəsi var.

Qeyd edək ki, heyvandarlıqla məşğul olanlara subsidiya verilmir, lakin süni mayalanma ilə doğulan hər buzova görə 100 manat yardım edilir. Dövlət kənd təsərrüfatına güzəştli kreditlər də ayırır, kəndli bundan yararlanmaq üçün təsərrüfatı ilə bağlı bilgiləri “Aqrar Kredit və İnkişaf” Agentliyinə təqdim etməlidir. Lakin fermerlər bu təklifdən heç də həmişə yararlana bilmirlər. Onlar prosesin həm uzun çəkməsindən gileylənir, həm də bunun sərfəli olmadığını deyirlər. Kənd təsərrüfatı üzrə ekspert Lalə Çinarlının sözlərinə görə, iri heyvandarlıq təsərrüfatlarının bəziləri artıq öz fəaliyyətlərini dayandırıb. O deyir ki, bugünkü şərait perspektivdə bu sahədə qiymətlərin daha da bahalaşması ilə özünü göstərəcək. Mütəxəssisin fikrincə, ət qıtlığı gözlənilməsə də, artıq həyəcan siqnalının zamanıdır. L.Çinarlı sözügedən radioya açıqlamasında istehsalçıların bazara çıxışını asanlaşdırmağı, intensiv yemləmənin təşkilini vacib sayır: “Yem və ot tədarükü artırılmalıdır. Məsələn, 3 milyon ton şirəli yemə ehtiyac var, amma cəmi 3 min ton istehsal olunur. Əvvəla, dövlət yem bazaları yaratmalıdır, şirəli yem və ot istehsalı artmalıdır ki, qiymət ensin. Rayonlarda ailə fərdi təsərrüfatlarında heyvandarlığın inkişafı üçün müəyyən stimullar yaradılmalıdır. Məsələn, fermerlərin növbəli olaraq öz heyvanları iri ət kəsimi məntəqələrinə verməsi, qaldıqları rayon və qonşu rayonlardakı ət ehtiyacının xaricdən gələn heyvanlar yox, yerli məhsullarla qarşılanması üçün sistem qurulmalıdır. Yəni, zəncirə qoşmaq lazımdır”. Onun digər təklifi 2020-ci ildən Azərbaycanın nəzarətinə qaytardığı Qarabağ regionunda yararlı torpaqların ailə fərdi təsərrüfatlarına verilməsidir. Elə Kənd Təsərrüfatı Nazirliyi, digər hökumət rəsmiləri də bu sahənin Qarabağda inkişaf etdiriləcəyini deyirlər. Fermerlər isə çörəkpuluna görə yurd-yuvalarını tərk etmək istəmirlər. Bütün bunlar heyvandarlıqla bağlı ciddi problemlərin yaranması deməkdir.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031