Çexiyada universitetdə atışmada ölənlər arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA
Çexiyada universitetdə atışma zamanı ölənlər və zərər çəkənlər arasında azərbaycanlı yoxdur. Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Xatırladaq ki, dekabrın 21-də Çexiyanın Praqa şəhərindəki Karlov Universitetində atşma olub. Atışma nəticəsində 15 nəfər ölüb, 30-a yaxın yaralı var.
Çexiya hökuməti dekabrın 23-ü Praqadakı Karlov Universitetinin fəlsəfə fakültəsində atışma nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edib.