Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 304 nəfər saxlandı...
Türkiyə hakimiyyəti İŞİD ilə əlaqədə şübhəli bilinən 304 nəfəri saxlayıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
“İŞİD terror təşkilatına qarşı "Qəhrəmanlar-34" əməliyyatı zamanı 32 vilayətdə 304 nəfər saxlanılıb", - Qərb mətbuatı nazirin sözlərindən sitat gətirir.
«Biz təhlükəsizlik qüvvələrimizin fəal səyləri sayəsində mübarizəni davam etdirəcəyik», - Yerlikaya əlavə edib.
Həbslərin əksəriyyəti Ankara, İstanbul və İzmir şəhərlərində aparılıb.
ZÜMRÜD