16 ölkənin Qəzzada döyüşmək üçün İsrailə əsgər göndərdiyi ortaya çıxdı - ən çox da Fransa...
İsrail ordusunun Qəzzaya hücumları aramsız davam edir. Qəzza zolağında 7 günlük humanitar fasilə istisna olmaqla hər gün xəstəxana, məktəb və ibadət yerləri də daxil olmaqla yaşayış məntəqələri bombalanır. Bu günədək 20 minə yaxın fələstinli mülki şəxs ölüb.
Münaqişənin əvvəlində Qəzzaya yalnız hava hücumları təşkil edən İsrail ordusu şəhəri mühasirəyə almaq üçün qurudan da əməliyyatlara başlayıb. Bununla belə, HƏMAS-ın güclü müqaviməti ilə qarşılaşan İsrail İsrail ordusuna xarici muzdlular da dəstək verir. İsrail ordusu dekabrın əvvəlində 22 minə yaxın muzdlu əsgərin orduya qatıldığını açıqlamışdı.
Müharibə iki ay yarımdır davam edən müharibədə İsrail ordusu tərəfində 21 min 891 ikili vətəndaşlığı olan əsgərin döyüşdüyü ortaya çıxıb. Türkiyə mediası yazır ki, İsrail ordusuna 16 ölkədən muzdlular dəstək verir. Siyahıya ən çox muzdlularla Fransa liderlik edib.
Qeyd edilir ki, Fransa 4185, İngiltərə 3142, ABŞ 2584, Almaniya 2051, Hindistan 1720, İtaliya 1653, Efiopiya 1580, Cənubi Sudan 1462, Ukrayna 1158 əsgərlə İsrailə dəstək verir.
TAHİR