Daha 6 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqləndi...
Mərkəzi seçki Komissiyası (MSK) 6 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Bu barədə MSK-nın iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələni səsverməyə çıxarılaraq qəbul edilib.
ZÜMRÜD