Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb
Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb. Trend xəbər verir ki, forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.
Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edəcək.
Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.
Bununla yanaşı, sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.