Bu gün Xankəndidə "Qarabağ" - MOİK oyunu olacaq
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və MOİK klubları Xankəndi şəhər stadionunda üz-üzə gələcəklər. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub.
Qeyd edək ki, bugünkü oyun saat 14:00-da başlanacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu minlərlə tamaşaçının stadiondan canlı izləyəcəyi gözlənilir.
Mətləb