KÖHNƏ VERSİYA            

Azərbaycan diasporu Heydər Əliyevin 100 illiyində...

Image

Dünyanın dörd bir yanına səpələnmiş azərbaycanlılarının vahid bayraq altında birləşdirilməsi, diaspor quruculuğu və lobbiçilik fəaliyyətinin formalaşdırılması tarixi bir hadisədir. Dünya azərbaycanlılarının həmrəyliyinin və diaspor quruculuğunun banisi ulu öndər Heydər Əliyevdir. Bu birmənalı olaraq belədir.

Məhz Heydər Əliyevin prezidentliyi dövründə diaspor quruculuğuna böyük əhəmiyyət verildi, diaspor təşkilatlarının formalaşmasına dəstək göstərildi, lobbiçiliyin qurulması məsələlərinə xüsusi diqqət ayrılmağa başladı. 

Azərbaycan diasporunun tarixən keçdiyi yola nəzər salsaq onun ən parlaq dövrünün Heydər Əliyevlə bağlı olduğu aydın görsənər.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda  2023-cü ilin “Heydər Əliyev İli” elan edildi. Ötən bir ilə yaxın dövr ərzində həm ölkə içində, həm xarici ölkələrdə "Heydər Əliyev İli" çərçivəsində ulu öndərin 100 illiyi ilə bağlı müxtəlif tədbirlər, yığıncaqlar keçirildi. Təbii, ilin sonuna qədər bu tədbirlər davam etdiriləcək və "Heydər Əliyev İli" böyük uğurla,  yadda qalan nəticələrlə  başa çatacaq.

Diaspor hərəkatının əsasını qoyan ümummilli lider... 

Biz tez-tez Azərbaycan diasporunun nümayəndələrinin müsahibələrində "Heydər Əliyev İli" ilə bağlı tədbirlər barədə eşidirik. Diaspor təmsilçiləri deyirlər ki, 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsini hər bir vətənpərvər soydaşımız böyük ruh yüksəkliyi ilə qarşılayıb.

Bu gün Rusiyanın, Avropanın, Amerikanın müxtəlif şəhərlərində, vilayətlərində, başqa-başqa materiklərdə, qitələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları il boyu "Heydər Əliyev İli" nə töhfə veriblər. 

Diaspor təşkilatları "Heydər Əliyev İli" çərçivəsində bir çox tədbir keçirib. Dünya azərbaycanlıları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirlərdə qeyd ediblər ki, Heydər Əliyev bütün ömrünü Azərbaycan üçün yaşayıb, o, həyatının ən böyük qayəsini milliliyin, həmrəyliyin qorunub saxlanmasında görürdü. Onlar qeyd edirlər ki, Əliyev hər zaman xaricdə yaşayan azərbaycanlıların taleyi ilə maraqlanıb, onların birləşməsi, həmrəyliyi, Azərbaycan dövlətinin ətrafında sıx birləşməsi üçün siyasət həyata keçirib. 

Qitələri dolaşan Heydər Əliyev dühası... 

Məlum olduğu kimi, "Heydər Əliyev İli" münasibətilə xarici ölkələrdə keçirilən tədbirlərin təşkil edilməsində  Diasporla İş üzrə Dövlət Komitəsinin böyük rolu var. Bu ilin may ayında Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşlarının  və Güney Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə Berlində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Almaniyadakı Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Burada da vurğulanıb ki, “Heydər Əliyev İli” çərçivəsində bütün dünyada müxtəlif xarakterli tədbirlər gerçəkləşdirilir və H. Əliyev irsi bütün dünyada təbliğ olunur. 

"Heydər Əliyev İli" çərçivəsində Cənubi Koreyanın Seul şəhərində, Almaniyanın Hambruq şəhərində, Qırğızıstanın Bişkek şəhərində və başqa ölkələrdə  “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüşlər keçirilib.  Fransanın paytaxtı Parisdə də Heydər Əliyev İli ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Bundan başqa xarici ölkələrdə Dövlət Komitəsinin və diaspor qurumlarının xətti ilə müxtəlif konsert proqramları, ədəbi bədii gecələr keçirilib. 

Bütün tədbirlərdə qeyd edilib ki, Heydər Əliyevin miras qoyduğu milli birlik ideyası, ənənəsi davam etdirilir. 

Vaxtilə Heydər Əliyev soydaşlarımızla görüşdə milli birliklə bağlı deyirdi:"Sizdən çox şey tələb olunmur. Sadəcə, Siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik". 

Ulu öndərin bu tövsiyələri ədəbiyyən soydaşlarımızın yaddaşında özünə yer tutub. 

Parisdə silsilə tədbirlər... 

Bir neçə gün əvvəl AZƏRTAC-ın təşkilatçılığı ilə Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini, dünya siyasi liderləri, eləcə də Fransanın sabiq prezidentləri ilə görüşlərini əks etdirən nadir fotolar nümayiş olunub. Bu fotolarda əbədiləşdirilən məqamlar Ulu Öndərin fəaliyyətinin tarixi məqamlarını əks etdirir.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AZƏRTAC-ın “Heydər Əliyev İli” çərçivəsində Parisdə təşkil etdiyi sərginin əhəmiyyətini vurğulayaraq, belə sərgilərin Ulu Öndərin əziz xatirəsini daim yaşatdığını bildirib.

Sonra Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Leyla Abdullayeva və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edib.

Səfir Leyla Abdullayeva Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımızı təbrik edib. Səfir 2023-cü ilin Azərbaycan üçün çox önəmli olduğunu və bu il müasir Azərbaycanın banisi, qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dünya ölkələrində, eləcə də Fransada təntənəli şəkildə qeyd edildiyini bildirib. Vurğulayıb ki, məhz bu il Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə xalqımızın möhkəm iradəsi və hərbçilərimizin şücaəti sayəsində Azərbaycanın ərazilərinin suverenliyi tam bərpa olunub.

Bildirib ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə qələbə-Zəfər ili kimi yazılıb və 2023-cü il isə bu qələbənin tacı olub. Zəfərimiz dövlətimizin, xalqımızın, eləcə də xaricdə yaşayan azərbaycanlıların birlik, həmrəylik və qürur rəmzinə çevrilib. Böyük Zəfər ölkəmizin tarixində yeni səhifə açdığı kimi, xaricdə yaşayan soydaşlarımızı birləşdirən diasporumuzun fəaliyyətində yeni dövrün əsasını qoyub. Vətən müharibəsi diasporumuzu daha da mətinləşdirib... 

Dünyanın çox az ölkəsi ola bilər ki, orada Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində tədbirlər, görüşlər keçirilməsin. Çünki Heydər Əliyev bəşəriyyət üçün önəmli dövlət xadimi, siyasətçidir. Dünyanın 5 qitəsində hazırda dünyanın 100-dən çox ölkəsində yaşayan azərbaycanlıların bir araya gətirilməsi, xaricdə yaşayan soydaşlarımızla Azərbaycan arasında əlaqələrin qurulması çox mühüm nəticələr verdi. 

Yeri gəlmişkən, Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev mətbuata bildirib ki, bu ilin birinci yarısında “Heydər Əliyev İli”çərçivəsində diaspor təşkilatları tərəfindən Azərbaycanda və müxtəlif ölkələrdə 100-dən artıq tədbir keçirilib. Bu tədbirlər ilin sonunadək davam edəcək.

Bu gün Azərbaycan diasporu Heydər Əliyevin dövlətçilik irsinin təbliğində, tanıdılmasında mühüm rol oynayır. Bu da faktdır ki, Azərbaycan diasporu Azərbaycan dövlətinin ətrafında çox sıx birləşib.

İlin sonuna az qalmadı a baxmayaraq, Heydər Əliyev İli çərçivəsində tədbirlər davam edir, filmlər, kitablar təqdim edilir, müsabiqələr keçirilir. Bütün bunların hamısında məqsəd ulu öndərin irsini yaşatmaq və təbliğ etmək dayanır. Bizə dövlətçilik, milli birlik bəxş edən bu qüdrətli şəxsiyyətin işıqlı əməlləri dünya azərbaycanlılarının qəlbində yaşayır. Qarşıdan 31 Dekabr Dünya - Azərbaycanlılarının Həmrəyliyi günü gəlir. Bu tarix də Heydər Əliyevin adı ilə bağlıdır...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031