Şəhid qardaşı: "Bu filmdən təsəlli alırıq"
"Qardaşımın şəhid olması bizi kədərləndirsə də, onun qəhrəmanlığı ilə qurur duyuruq. Mən şəhid Dəyanət Əliyevin qardaşıyam və qardaşım barədə film çəkdiyinə görə Xatirə Kitabı Redaksiyasının rəhbərliyinə, filmi ərsəyə gətirənlərə minnətdarlığımı bildirirəm. Bu film ailəmizə, xəstə anama, Dəyanətin balalarına, yoldaşına böyük təsəllidir. Bu filmdən təsəlli alırıq" . Bunu baki-xeber.com-a açıqlamasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Nizami Kino Mərkəzinin böyük zalında “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında şəhid Dəyanət Əliyevə həsr edilmiş filmə münasibət bildirərkən şəhidin qardaşı Ədalət Əliyev deyib. Bildirək ki, şəhid Dəyanət Əliyev Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Nizami Kino Mərkəzinin böyük zalında “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında növbəti 4 filmin nümayişini keçirildi. Bu dəfəki filmlər Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir.
Məlumat üçün bildirək ki, “Vətən daşı... və ya 44 günün dastanı”nin layihə rəhbəri Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur.
İradə SARIYEVA