Miqrasiya qaydalarının sərtləşdirilməsi Fransanı qarışdırdı - nazirlər bir-bir istefa ərizəsi yazır...
Fransa prezidenti Emmanuel Makron ölkənin səhiyyə naziri Orelyen Russodan istefa ərizə almayıb. Trend xəbər verir ki, bu barədə Fransanın baş naziri Elizabet Born yerli radionun efirində deyib.
"Mən ötən gecə prezidentlə danışdım, o Orelyen Russonun istefası ilə bağlı ərizə almayıb. Yəni bu məsələ aktual deyil", - o deyib.
Qeyd edək ki, bir qədər əvvəl Fransa KİV-i Fransa Milli Yığıncağı (Fransa parlamentinin aşağı palatası) tərəfindən miqrasiya qaydalarının sərtləşdirilməsi barədə qanun layihəsi qəbul edildikdən sonra səhiyyə naziri Orelyen Russonun istefa verdiyinə dair məlumat yayıb.
Sözügedən qanun layihəsi Fransa hökumətinin üzvləri arasında ciddi narazılıqlara səbəb olub. Belə ki, ökənin daxili işlər naziri Jerald Darmanen də istefa ərizəsi yazıb.