Paşinyan bunu da yalan dedi- hansı 4 rəqəmindən söz gedir?
Ermənistanın baş naziri Paşinyan yenidən sülh sazişindən danışıb.Deyib ki, Azərbaycan bizi sülh təkliflərinə cavabı gecikdirməkdə günahlandırır:" Ancaq biz hər dəfə təkliflərimizi təqdim etmək istəmişik, Azərbaycan 4 dəfə görüşümüzü pozub və gəlməyib"
Baş nazirin sözlərindən belə çıxır ki , son təkliflərə cavabın 2 ay gecikməsinin məsuliyyətini Azərbaycan daşıyır.Heç bir halda...Azərbaycanın məsuliyyəti yoxdur.Sülh təklifini illər öncə ilk irəli sürən ölkə olaraq Azərbaycan hansı məntiqlə sülhü gecikdirməkdə maraqlı ola bilər?!
Əvvala, Paşibyan cavablarını özünün dediyi onlayn format görüşlərində də təqdim edə bilərdi. İkinci, Azərbaycanın öncədən tutarlı səbəblərlə qəbul etmədiyi formatı, məsələn Mauronu görüşə niyə gətirirdiniz ki, Azərbaycan da o görüşdən imtina etsin?!
Makronun bizim bölgəyə nə aidiyyatı var?
Tahir