KÖHNƏ VERSİYA            

Putin Baydeni və NATO-nu Ukraynada “dəfn edir”...

Image

Co Baydenin Rusiyanı küncə sıxmaq, qanlı Ukrayna müharibəsi hesabına Rusiya ilə qərb arasındakı sərhəd xəttini Polşadan Ukraynaya keçirmək, sanksiyalarla Rusiya iqtisadiyyatını çökdürüb məhv etmək planı demək olar ki “suya düşüb”. 1970-ci illərdə Moskvaya səfər edən senator C. Bayden, o zaman Leonid Brejnevlə, Yuri Andropovla, habelə Andrey Qromıko ilə görüşlərində beyninə belə bir ideya qoymuşdu ki, gec-tez Rusiyanın qərb ilə sərhədlərini yeniləmək lazımdır. Ta o vaxtdan bəri ABŞ siyasətinin qoca quzğununa çevrilən C.Bayden dəfələrlə keçmiş sovet ərazilərində olmazın təxribat və “rəngli inqilab” şouları təşkil etməklə açıq şəkildə Rusiyaya nifrət hissini ortaya qoymağa başladı. Məsələnin “mustafası” bu idi: Rusiyanı həttda keçmiş sovet ərazilərindən sıxışdırıb çıxarmaq, Vladimir Putini devirməklə Moskva üzərində istədiyi oyunu oynamaq.
 Düzdür, həttda o dərəcədə diletant və xəyalpərəst olmalısan ki, Rusiyanın siyasi coğrafiyasında onu itaətkar, oyuncaq bir dövlət halına salmağı düşünəsən. Amma görünür ki, C.Bayden administrasiyası keçən ilin 24 fevralında rus tankları üzünü Ukraynaya sarı çevirəndə şadyanalıq edib Ağ Evdə şampan partladırdılar və onların ağlında olan tək “düşüncə” nəyin hesabına olursa olsun Rusiyanın qulağının dibində xaos və müharibə yaratmaq arzusu idi. Rusiyanı Ukrayna bataqlığına sürüklədikləri üçün.
 Amma fərqində deyildilər ki, V.Putindən daha çox ABŞ Ukrayna “bataqlığına” yuvarlanıb. Bu barədə sonra danışacayıq. Bəli, həttda ilk günlər V.Putinin sadəcə adından titrəmə keçirən qərb liderləri günlər keçdikcə daha da cəsarətlənməyə, rus tanklarını dayandırdıqdan sonra üzü Moskvaya hücum edəcəklərinə gün kimi əmin olduqlarını ucadan deməyə başladılar. Düzdür, Kiyevə tərəf yol alan rus tankları bir qədər sonra özləri geri çəkilib getməli oldular. Hə, onu da nəzərə alaq ki, müharibənin ilk günlərindən Ukrayna uniformasında NATO və digər qərb dövlətlərinin peşəkar orduları, könüllü qrupları Rusiyaya qarşı döyüşməyə başladılar. Son aylara qədər ABŞ başda olmaqla qərb dövlətləri Ukraynaya milyardlarla dollar həcmində maliyyə yardımı, silah-sursat, ən müasir hərbi texnika və qırıcılar göndərirdilər. Bütün Avropada belə bir rəy formalaşmışdı ki, sanki Ukrayna Rusiyaya qarşı qərbi qorumaq üçün döyüşür və iki slavyan ölkəsindən birinə var gücləri ilə pul, silah göndərmək onların əsas vəzifəsidir.
 Sanki Ukrayna Rusiyanın qərb ilə səngər xətti kimi təqdim edilirdi. Həttda peşəkar aktyor sayılan Vladimir Zelenski də bu yaxınlarda Ukraynanı NATO-ya qəbul etməkdən boyun qaçıran qərb liderlərinə belə hədələyici mesaj yolladı: “Ukraynadan sonra növbə qərbindir”. Amma deyəsən gün keçdikcə Ukraynanı yetim inək balası kimi yedizdirən qərb dövlətləri bundan o qədər yorulublar ki, Ukraynaya arxa çevirməyə başlayıblar. Çünki iki ilə yaxındır ki, bütün NATO üzvləri qeyri-rəsmi olsa da Ukraynada Rusiyaya qarşı vuruşurlar, amma müharibədə heç bir nəticə yoxdur, Rusiya ordusu son bir ay ərzində hər dəfə bir Ukrayna yaşayış məntəqəsini ələ keçirir, qərbdəkilərin isə milyardlarla dollarları və silah-sursatı havaya uçur. İş o yerə çatıb ki, ABŞ generalları da dilə gələrək, silah arsenalının əhəmiyyətli şəkildə Ukraynada xərcləndiyini, bunun Pentaqonun planlarına daxil olmadığını, ABŞ ordusunda bu itkilərin hiss edilməyə başlandığını elan edirlər. Yuxarıda dediyimiz faktı təkrarlayıram: 80 yaşlı, huşu gedib-gələn C.Bayden bilərəkdən ya da bilməyərəkdən ABŞ-ı çıxılmaz Ukrayna “bataqlığına” sürükləyib. V.Putin bu “bataqlığdan”  əsgər itkisi ilə çıxsa da, ABŞ böyük maliyyə və hərbi arsenal itkisi baxımından o bataqlıqda hələ də ilişib qalıb. Artıq ABŞ cəmiyyətində də Ukrayna müharibəsinə qarşı ciddi etirazlar başlayıb. “The New York Times” yazır ki, ABŞ vergi ödəyiciləri Ukraynaya çoxmilyardlıq maliyyə yardımlarından yorulublar. Qəzetin keçirdiyi sorğular göstərir ki, ABŞ-da ukraynalıların silahlanmasına ictimai dəstək azalır.

Hələ keçən ilin sonlarında Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üzvü, deputat Den Bişop bəyan etmişdi ki, ABŞ Ukraynaya bir dollar da ayırmamalıdır. Deputatın fikrincə, Vaşinqton diqqətini daxili problemlərə cəmləməlidir. Bu barədə Rusiya mediası “The American Conservative” qəzetinə istinadən xəbər verir. Bişop ABŞ-ı Ukraynanı maliyyələşdirməyi dayandırmağa çağırıb və vurğulayıb ki, Kiyevə “bitməyən” yardımlar Prezident Co Baydenin “Sonuncu Amerikadır” siyasətinin bariz nümunəsidir.

Və... və V.Putin artıq usta şahmatçı kimi uzun səbrdən sonra hücum silahını işə salıb. C.Baydenin ideyalarını açıq şəkildə cəfəngiyyat adlandıran kreml rəhbəri NATO və qərbdəkilərin yanında yer alanlara mesaj da yollayıb. Kreml rəhbəri həm də sadə ruslara səslənib. Sitat: “Ruslar yadda saxlamalıdırlar ki, Rusiya ya suveren güc olacaq, ya da ümumiyyətlə olmayacaq, bu fikir onların beyinlərində və ürəklərində olmalıdır. Biz yadda saxlamalı və heç vaxt unutmamalıyıq və uşaqlarımıza öyrətməliyik: Rusiya ya özünü təmin edən, suveren bir güc olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu, həmişə ağlımızda və qəlbimizdə olması gərəkən çox vacib bir şeydir. Buna görə də gələcəyimizi özümüz müəyyən edəcək və yaradacağıq. Rusiyanı beş yerə parçalamaq istəyənlər isə tezliklə əsl Rusiyanın gücünü daha möhkəm hiss edəcəklər. Biz heç nəyi unutmamışıq”, - Putin bildirib. Aydın görünür ki, Kreml sahibi artıq müdafiədən hücuma keçib və həm 80 yaşlı yaddaşını itirən C.Baydenin növbəti prezident seçkilərində məğlub olacağına, həm də artıq qərbdəkilərin V.Zelenskiyə milyardlarla dollar pul və silah-sursat daşımaqdan təngə gəldiklərindən əmindir. Keçmiş KQB generalı hazırkı vəziyyətdən zövq ala-ala NATO-nu və C.Baydenin ideyalarını Ukraynada dəfn etməyə hazırlaşır. Həttda Ukrayna Avropa İttifaqına üzvlük üçün sevindirilsə belə...

Mətləb Salahov








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031