Bu məşhur futbolçu "Atletiko"nun tarixinə düşdü
Fransa millisinin futbolçusu Antuan Qrizmann İspaniyanın "Atletiko" klubunda yeni uğura imza atıb. “Opta Sport”-un məlumatında deyilir ki, 32 yaşlı hücumçu buna "Xetafe" ilə heç-heçə (3:3) etdikləri La Liqanın XVIII turunun matçında dubl etməklə nail olub.
Təcrübəli forvard paytaxt təmsilçisindəki qollarının sayını 173-ə çatdıraraq klub tarixinin bombardiri Luis Araqonesə çatıb. Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 35 xalla 4-cü pillədə qərarlaşıb.
Mətləb