Paşinyanın " sülh qovşağını" ələ götürüb bütün dünyanı gəzdirirlər- növbəti dayanacaq Əbu- Dabi oldu...
Deməli belə, Ermənistan xarici işlər nazirinin müavini Vaqan Kostanyan noyabrın 3-də Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun ənənəvi olaraq təşkil etdiyi Abu Dabidə keçirilən dünya siyasəti Konfransında iştirak edib. Özü də dünya siyasəti konfransında ha!
Görün bu V. Kostanyan Avrasiya regionuna həsr olunmuş panel müzakirəsində nələrdən danışıb?. Ermənistan XİN rəhbərinin müavini ölkəsinin "dünyanın kəsişməsi" layihəsini və onun həm regional əməkdaşlıq, həm də beynəlxalq daşımalar kontekstində əhəmiyyətini toplantılara təqdim edib.
Hə, bax burda artıq adam bir-iki cümlə haşiyə çıxmadan dura bilmir. Regionda “ayaqaltı” rolunda çıxış edən, heç bir azacıq əhəmiyyətli layihədə yer almayan, iqtisadiyyatı yerlərdə sürünən Ermənistan dünya siyasəti konfransında... ayıb da olmasın nə sülənir?. Hə, məsələ məlum oldu. Yenə özünə “böyük bacı” bildiyi Fransanın dəvət və dəstəyi ilə. Bunlar Ermənistanı beynəlxalq iqtisadi tədbirlərdə önə çıxarmaqla müharibədən sonrakı acınacaqlı imicini dəyişməyə çalışırlar.
Xatırlayırsınızsa, Almaniyanın xarici işlər naziri Annalena Berbok bir neçə gün bundan əvvəl regiona səfəri zamanı İrəvanda olmuşdu və Ermənistan XİN rəhbəri Ararat Arzumanyan da təxminən belə bir açıqlama ilə çıxış etmişdi. Aclıq və səfalət girdabında çapalayan, dağ-dərədən başqa heç bir coğrafi əhəmiyyəti, heç bir iqtisadi rıçaqları olmayan məğlub ölkənin Abu Dabidə hansısa layihədən danışması qədər gülünc heç nə ola bilməz. Amma yox, Nikol Varvaroviçin bu bicliyini təqdir etməmək də insafsızlıq olar vallah. Gör necə fikieləşib: ac-yalavac olasan, gedib belə iqtisadi tribunalarda dilənəsən, bəlkə nəsə verələr. Əslində Emmanuel Makron öz balaca “bacılarının” nəyə ehtiyacı olduğunu eləa bilir. Sal yanına, diləndir, başqa heç nə...
Mətləb Salahov