Ruben Vardanyanın Qarabağda 700 milyon dolları batdı....
Forbs jurnalı maraqlı araşdırma yayıb. Jurnalın araşdlrmalarına görə 2001- 2023- cü illər arasında Ruben Vardanyan, onun ailəsi və yaxın çevrəsi Qarabağda və Ermənistanda 700 milyon dollardan çox investisiya yatırıblar.Bunun mühüm hissəsi Qarabağda batmış pullardı.
Xatırladaq ki, Vardanyan 2022- ci ilin ortalarında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmüş, həmin ilin noyabrında qondarma " DQR" - in dövlət naziri təyin olundu.2023- cü ilin aprelində Azərbaycanın təzyiqləri altında vəzifədən qovuldu, 2023- cü ilin sentyabrında isə Qarabağdan qaçarkən ələ keçirildi.Hazırda Bakıda həbsdədir.
Namiq Quliyev