İsrail İranın yanacaq təchizatı sistemini çökdürdü - yanacaqdoldurma məntəqələri dayandı...
Səhər saatlarından İranda yanacaqdoldurma məntəqələrində ciddi problem yaranıb, nəqliyyat vasitələrinə yanacaq satışı dayandırılıb.
İranda yanacaqdoldurma məntəqələrində hər bir avtomobilə məxsus yanacaq kartından istifadə olunur. Bunun üçün ölkədə "online" sistem yaradılıb. Hazırda isə həmin sistem naməlum səbəbə görə fəaliyyətini dayandırıb.
İranın Neft Nazirliyi hazırda 30% yanacaqdoldurma məntəqələrində offline şəkildə yanacaq doldurmağın mümkün olduğunu bildirib. Hətta bu gün vətəndaşların yanacaqdoldurma məntəqələrinə getməməsi tövsiyə edilib.
Bu arada İranda yanacaq təchizatı sisteminə kiber hücumun olduğu ortaya çıxıb. Bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edilir ki, İsrail hakerləri İranın yanacaq təchizatı sisteminə kiberhücum edib. Hücum səbəbindən Tehranda bir çox yanacaqdoldurma məntəqələrində xidmətlər dayandırılıb.
Qeyd ki, İranda hər bir avtomobili olan şəxs yanacaq kartı ilə 210 litr benzin ala bilər. Hər ayda ilə 15 min riala (təxminən 0,35 dollar) 60 litr, 30 min riala (təxminən 0,71 dollar) isə 150 litr benzin almaq mümkündür. Bir sıra hallarda bundan əlavə benzinə ehtiyac yarandıqda yanacaq doldurma məntəqələrində nəzərdə tutulan yanacaq kartlarından istifadə etmək olar.
TAHİR