Prezidentliyə namizədlərin sayı 7-yə çatdı...
Azərbaycan parlamentinin deputatları - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Milli Cəbhə Partiyasının sədri Razi Nurulayev 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirak etmək barədə qərar qəbul ediblər.
Bu barədə onların təmsil etdikləri partiyalar xəbər yayıb.
Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev də prezidentliyə namizədliyini irəli sürüb. O, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək.
Beləliklə, hazırda növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün 6 nəfər namizədliyini irəli sürüb. Bunlar, hazırki prezident İlham Əliyev, parlamentin deputatları Zahid Oruc və Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədriElşad Musayevdir.
TAHİR