Qubada qarın hündürlüyü 8 santimetrə çatır
Dünən axşamdan başlayaraq Quba və Qusar rayonlarının ərazisinə qar yağıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən mətbuata verilən açıqlamada deyilir ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 8 santimetrə çatır. Quba və Qusarın rayon mərkəzlərində 3 santimetr qar qeydə alınıb. Region üzrə ən aşağı temperatur (-8,6) Qırız məntəqəsində qeydə alınıb.
Mətləb