Lukaşenko- "Bütün bunlarda Paşinyanın günahı yoxdur..."
MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət rəhbərləri ilə görüşən Belarus prezidenti Lukaşenko sensasiya sayıla biləcək fikirər səsləndirib. "Azərbaycan və Ermənistan vaxtında deyilənləri etsəydilər, mübaqişə ilə bağlı bu günkü vəziyyətləri yaşamazdılar.Paşinyan bu məsələdə günahkar deyil.Ona pis siyasi irs qalmışdı.Mən o zaman Əliyevlə Sarkisyanın arasında qalmışdım.O zaman üçün mümkün formada münaqişəni həll etməyi onlara tövsiyyə edirdim.Qəbul etmədilər.Ermənistana yaxşı oldu? Yox.Heç Azərbaycan üçün də asan deyil" deyə Lukaşenko kəşfiyyat rəhbərlərinin yanında bildirib.Gəlin məsələyə indiki reallıqdan bir daha baxaq.
Azərbaycan Lukaşenkonun vaxtilə dediklərinə razı olsaydı, nə baş verərdi?
Lukaşenko da, Putin də deyirdilər ki, Azərbaycan 5 rayonu geri alıb Dağlıq Qarabağ itkisi ilə barışsın. Üstəlik hətta Azərbaycandan 5- 6 milyard Ermənistana pul ödəmək kimi sərsəm bir fikir də var idi.Beləliklə ,həm Qarabağı itirməli, həm də 5- 6 milyard dollar itirməli idik. Əvəzində isə tarixən özümüzə aid torpaqların bir hissəsini geri alıb " allahımıza dua etməli idik"..
Bu mənada,bəli , hər şey məhz indi yaxşı olub, cənab Lukaşenko.Nə yaxşı ki, vaxtilə sizin də, Putinin də dedikləri olmayıb.
Tahir Tağıyev