Ermənistan Azərbaycan və Türkiyə ilə 12 sərhəd- keçid məntəqəsi açmaq istəyir....
Bu barədə erməni nazir Qnel Sanosyan Yerevanda dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlər görüşündə deyib.Təbii ki, Ermənistan buna öz mifik " Sülh kəsişməsi" layihəsinin icra yollarından biri kimi baxır və məqsəd Zəngəzur dəhlizini arxa plana atmaqdır.Onun fikrincə ,Ermənistan Azərbaycanla və Türkiyə ilə sərhəddə 7 avtomobil buraxılış məntəqəsi açmaq ,habelə Azərbaycanla 4 ,Türkiyə ilə 1 dəmiryolu buraxılış məntəqəsi aça bilər.Üst- üstə 12 sərhəd buraxılış məntəqəsi edir. Nazir böyük pafosla bildirib ki, bununla da Ermənistanda Şərq- Qərb və Şimal- Cənub nəqliyyat dəhlizləri birləşəcək....
Azərbaycan isə hesab edir ki, bu dolayı layihələrin əvəzində bir Zəngəzurun açılması kifayətdir.
Nahid Salayev