Fazil Mustafa və Zahid Oruc da prezidentliyə namizəd olacaq...
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa və Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliklərini irəli sürdüklərini açıqlayıblar.
Qeyd edək ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib.
TAHİR