Qarabağı könüllü tərk etmiş ermənilər Ermənistanı kütləvi tərk edir - Rusiya və Fransaya gedirlər...
Qarabağı könüllü tərk etmiş ermənilərin Ermənistandan axını müşahidə olunur. Trend xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.
Bildirilib ki, Qarabağı könüllü tərk etmiş ermənilər Rusiya, Fransa və başqa ölkələrin səfirliklərinə sığınacaq üçün müraciət ediblər.
Qəzet, həmçinin, Ermənistanın Statistika Komitəsinə istinadən yazır ki, 2022-ci ildə 950 əcnəbi vətəndaş Ermənistandan sığınacaq istəyib. Bunların 472-si Ukrayna, 199-u İraq, 101-i İran, 18-i isə Rusiya vətəndaşı olub.