KÖHNƏ VERSİYA            

Ziyalılar nazirə müraciət etdi: Səfiəddin Urməvinin yubileyi keçirilsin

Image

Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Adil Kərimliyə

Hörmətli Adil müəllim!

Azərbaycan ziyalılarını, ictimaiyyətimizi narahat edən bir məsələ ilə bağlı Sizə müraciət edirik. Söhbət böyük musiqişünas, xəttat, filosof,  Səfiəddin Urməvidən (Səfiəddin Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi) gedir. Səfiəddin Urməvi orta əsrlər Şərq musiqi mədəniyyətini zinətləndirən bir dahi, dövrünün ən qüdrətli musiqişünası olub.

Tədqiqatçılara görə, Səfiəddinin 1252-ci ildə ərəbcə yazdığı on beş fəsildən ibarət  "Kitab əl-ədvar" adı ilə məşhur olan musiqi risaləsində qaldırılmış musiqi nəzəriyyəsi məsələləri bu gün də aktuallığını itirməyib. İngilis alimi Corc Farmerin dediyinə görə, Səfiəddindən sonra gələn ərəb, fars, türkdilli müəlliflərin hamısı onun nəzəriyyəsinin davamçıları olublar. Bu alimlərdən Məhəmməd Cürcani, Əbdülqadir Marağai, Qütbəddin Şirazi, Mahmud Amuli, Əbdürrəhman Cami, Zeynəlabdin Hüseyni, Kavkabi Buxari, Dərviş Əli, Mirzə bəy, Mir Möhsün Nəvvab və XX əsrdə böyük alim və bəstəkar Üzeyir Hacıbəyovu misal göstərmək olar. 

Urməvi “əbcəd notu” ilə musiqinin ən qədim melodiyalarını risalələrində yazıb-yaşada bilib. Ondan sonra gələn alimlər XVI əsrə qədər bu not yazı sistemindən geniş istifadə ediblər. 

Yeddi əsr sonra, yəni XX əsrin ortalarında Üzeyir Hacıbəyov özünün "Azərbaycan xalq musiqisinin əsasları" kitabında yazırdı: "Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri dünyada məşhur olan iki nəfər Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Ədbülmömin ibn Yusif əl-Urməvi (XIII) və Əbdülqadir Marağayi (XIV)".

Ü.Hacıbəyov öz əsəri üzərində işləyərkən məhz "Kitab əl-ədvar"ın xüsusi əhəmiyyət kəsb etdiyini anlayaraq, onun foto-surətini Nurosmaniyyə kitabxanasından gətirdib bu əsəri araşdırıb. Hacıbəyovun yazdığı "Azərbaycan xalq musiqisinin əsasları" əsəri qaldırılan və həll edilən məsələlərə, həm də quruluşuna, üslubuna görə "Kitab əl-ədvar”a çox yaxındır. Xüsusilə də lad sistemi nəzəriyyəsində "Kitab əl-ədvar"ın ona təsirinin böyük olduğu bildirilir. 

Səfiəddin Urməvinin əsərləri Nyu-Yorkun, Parisin, Berlinin, Vyananın, Qahirənin, Istanbulun, Sankt-Peterburqun, Tehranın, Bakının və başqa şəhərlərin kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır...

Hörmətli Adil müəllim!

Bir neçə il əvvəl iki ölkə - İran və Türkiyə növbəti (səhv etmirəmsə, 2016-cı ilin) Urməvi ili elan edilməsi üçün UNESCO-ya müraciət etmişdi. O vaxt Mədəniyyət Nazirliyinin saytında nəinki yubileylə bağlı heç bir məlumat yer almır, Səfiəddin Urməvinin adı belə çəkilmirdi. Bütün bunlar çox məyusedicidir. 

 2023-cü ilin noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Səfiəddin Urməvi, Əbdülqədir Marağayi və Nəvvaba həsr edilmiş birgə konfrans keçirilib. Amma bu yetərli sayıla bilməz. Adı əsrləri və sərhədləri aşan Urməvini Azərbaycanda min adamdan biri tanıyırmı? 

Fikrimizcə, gec də olsa, dünya mədəniyyətinə böyük töhfələr vermiş dahi musiqişünasımız Səfiəddin Urməvinin yubileyi Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq səviyyədə qeyd edilməlidir. Ən azı beynəlxalq simpozium keçirilməli, əsərləri dilimizə tərcümə edilməlidir. Adını paytaxtda hansısa küçəyə vermək, musiqi sahəsində Urməvi mükafatı təsis etmək və s. bu qəbildən tədbirlər də mümkündür. 

Vəzifə səlahiyyətlərinizdən istifadə edib bu istiqamətdə addımlar atacağınıza səmimi olaraq inanırıq.


Hörmətlə

İmzalar:

1. Aida Qasımova, professor2.  Qulu Məhərrəmli, professor

3. İradə Musayeva, filologiya üzrə elmlər doktoru

4. Nurida Novruzova, filologiya üzrə elmlər doktoru

5. Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent 

6. Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent

7. Gövhər Həsənzadə, bəstəkar, Əməkdar artist, 

8. Vüqar Camalzadə, bəstəkar, Əməkdar artist, dosent 

9. Ataəmi Mirzəyev, filologiya üzrə elmlər doktoru10.  Nəriman Əbdülrəhmanlı, yazıçı

11.  Seyran Səxavət, yazıçı

12. Vaqif Bəhmənli, şair, 

13. Yunus Oğuz, yazıçı

14. Elçin Hüseynbəyli, yazıçı

15. Sevinc Nuruqızı, yazıçı

16. İlqar Rəsul, yazıçı

17. Vasif Sadıqlı, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri

18. Nadir İsrafilov, təhsil mütəxəssisi

19. Kəmalə Umudova, filologiya üzrə fəlsəfə doktoru, dosent

20. Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru

21. Dilarə Adilova, publisist, AYB üzvü

22. Könül Nəhmətova, filologiya üzrə fəlsəfə doktoru

23. Arzu Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru

24. Sevil Qaraşova, filologiya üzrə fəlsəfə doktoru

25. Jalə Şükürova, filologiya üzrə fəlsəfə doktoru

26. Xanım Əsədova, filoloq, pedaqoq

27. Səadət Təhmirazqızı, sənətşünaslıq üzrə  fəlsəfə doktoru, Əməkdar  mədəniyyət işçisi

14 dekabr 2023-cü il








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031