Yaponiya Ermənistan şirkətinə sanksiya tətbiq etdi...
Yaponiya hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketi tətbiq edib, siyahıda Ermənistan şirkəti də var.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, aralarında Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və Özbəkistanın müvafiq şirkətlərinin yer aldığı siyahılar Yaponiyanın Daxili İşlər Nazirliyi və İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin saytında dərc olunub.
Yeni sanksiyalar paketi çərçivəsində Yaponiya ilk dəfə Rusiyaya sanksiyalardan yan ötməyə kömək göstərdiyini hesab etdiyi şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Buraya BƏƏ və Özbəkistanın hər birindən 2 şirkət, Ermənistan və Özbəkistanın hər birindən isə 1 şirkət daxildir. BƏƏ-dən olan digər bir şirkətin isə aktivlərinin dondurulması nəzərdə tutulur.
Bundan başqa, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi 1 yanvar 2024-cü ildən Rusiyadan sənaye istifadəsi üçün nəzərdə tutulmayan almaz idxalının qadağan olunacağını açıqlayıb.