YAP-ın növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələri təyin edildi
Yeni Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələri təyin edilib.
Trend-in məlumatına görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədov səlahiyyətli nümayəndələr təyin edilib.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.