Estoniyadan türk düşmənçiliyi – nazir ermənilərə qondarma “soyqırımı” tanımaq sözü verdi
Estoniyanın xarici işlər naziri Marqus Çaxkna Ermənistana rəsmi səfərindən sonra sosial media hesabında qalmaqallı paylaşım edib. Ermənistan xarici işlər naziri Mirzoyanla görüşdüyünü deyən Çaxkna qondarma “erməni soyqırımının” Estoniya parlamenti tərəfindən tanınması üçün çalışacağını açıqlayıb.
Qalmaqallı açıqlamanı sosial media hesabından açıqlayan Çaxkna aşağıdakı ifadələrdən istifadə edib: "Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşümdə, erməni xalqına qarşı “soyqırımı” tanımadığımız üçün Estoniyanın bir borcu olduğunu vurğuladım. Estoniya parlamentində bu məsələ ilə bağlı prosesə təşəbbüs göstərəcəyəm".
Qərar parlament tərəfindən qəbul olunarsa, Estoniya qondarma “erməni soyqırımı”nı tanıyan 32-ci ölkə olacaq. Erməni lobbilərinin heç bir fakta əsaslanmayan saxta iddialar nəticəsində Almaniya, Argentina, Avstriya, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Kipr Rum Administrasiyası, Çexiya, Ermənistan, Fransa, Yunanıstan, İtaliya, Liviya, Litva, Livan, Lüksemburq, Hollandiya, Paraqvay, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, İsveç, İsveçrə, Suriya, Vatikan, Venesuela və Uruqvay qondarma “erməni soyqırımı”nı qəbul edib.
Tahir TAĞIYEV