Rusiya Ermənistan-Azərbaycan sülh danışıqlarının yaxın vaxtlarda Moskvada keçirilməsində təkid edir...
Rusiya tərəfi yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun təşkili təklifini təsdiqləyir.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova rəsmi şərhində bildirib.
"Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun yaxın vaxtlarda Rusiyada təşkili təklifimizi təsdiq edirik", - o deyib.
Zaxarova üçtərəfli danışıqlara qayıtmağın zəruriliyini vurğulayıb və əlavə edib ki, “Rusiya Federasiyası Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarını rədd etmək cəhdlərini son dərəcə təhlükəli hesab edir”.