Putin şoka salır - Qarabağdan biz imtina etmədik, Ermənistan özü imtina etdi...
Rusiya prezidentinin bu gün ictimaiyyətlə açıq söhbəti bəzi məqamlarda əsil şok effekti verib. Putin deyib ki, KTMT, MDB ,AİB- dən imtina Ermənistanın öz dövlət mənafelərinə uyğun olmayacaq, yenə də seçim bu dövlətin özünündür.
O ki qaldı Ermənistan rəhbərliyinin bu strukturların işində iştirak etməməsinə,bu onların müvafiq strukturlarda qalıb- qalmamaq istəyi ilə yox,Ermənistanın daxili prosesləri ilə bağlıdır. Burada cənab Putinin Ermənistan rəhbərliyini tumarladığı aşkar görünür. Ən maraqlı məqam Putinin Qarabağla əlaqəli dedikləridir." Qarabağdan biz imtina etmədik , Ermənistan özü etiraf etdi ki, Qarabağ Azərbaycanın bir hissəsidir.həm də bu qərarı bizə demədən çıxardılar...
Maraqlıdır...." Biz Qarabağdan imtina etmədik"- Putinin sözlərindən belə çıxır ki, Paşinyan Qarabağı Azərbaycanın hissəsi kimi tanımasaydı, münaqişə hələ də davam edirdi...
Tahir Tağıyev