KÖHNƏ VERSİYA            

Azərbaycandan qaz alan Avropa ölkələrinin sayı artır - inerkonnektora görə...

Image

Azərbaycan qazını alan Avropa ölkələrinin sayının getdikcə artması və Qərbdə ölkəmizdən daha çox “mavi yanacaq” qəbul olunduğu müşahidə olunmaqdadır. Məsələn, Bolqarıstan 2023-cü ilin ilk 10 ayında ölkəmizdən təbii qaz alışını 3 dəfəyə yaxın artırıb. 

Belə ki, ilin yanvar-oktyabr ayları ərzində  982.8 milyon kubmetr həcmində təbii qaz ixrac edilib və bu, illik müqayisədə 168 faiz çoxdur. Azərbaycan Bolqarıstana satdığı təbii qaza görə bu ölkədən  363.3 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. Bununla Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmaq imkanı əldə edib. Artıq Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilmiş Azərbaycan əsas qaz tədarükçüsü rolunda öz mövqeyini xeyli möhkəmləndirib. Bu fonda Azərbaycandan qaz alan Avropa ölkələrinin də sayı sürətlə artır. Bunu şərtləndirən səbəblərdən biri müvafiq infrastrukturun qurulmasıdır. Bir neçə gün əvvəl Serbiyanın Niş şəhərində Azərbaycan qazını daşıyacaq Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi də bunun daha bir təsdiqidir. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi qismən Avropa Birliyinin ayırdığı 49.6 milyon avro məbləğində qrant, qismən də Avropa İnvestisiya Bankından Serbiyanın aldığı 25 milyon avro güzəştli kredit hesabına maliyyələşdirilib. Bu vəsaitlər qaz kəmərinin Serbiyadan keçən hissəsinin tikintisi üçün nəzərdə tutulub. Yeni qaz kəməri Serbiyanın Niş şəhərindəki mövcud şəbəkəni paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir. Layihə Serbiyanın illik toplam istehlakının 60 faizinə yetəcək 1,8 milyard kubmetr təbii qazı ötürməyə imkan verəcək. Ötən ilin oktyabrında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı olmuşdu. Onun ümumi uzunluğu 182 kilometrdir. Bu kəmər Bolqarıstanla Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. İnterkonnektorun toplam dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın gerçəkləşdirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib. Bu interkonnektorlar Azərbaycan qazının Bolqarıstandan digər Avropa ölkələrinə ixracına şərait yaratmaq məqsədi ilə inşa edilib və “Şahdəniz-2” yatağından çıxarılan təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə düşməsindən sonra Serbiya Azərbaycanın təbii qaz satdığı 9-cu ölkəyə çevriləcək. Bu ölkələrdən yeddisi Avropa ölkələridir. Xatırladaq ki,  ötən il Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilədək Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı - 20 milyard kubmetrə çatdırmalıdır. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı bu məsələyə toxunan prezident İlham Əliyev qeyd edib:  “Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən, 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir”.

O da məlumdur ki, ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə Avropanın təbii qaz bazarında ciddi dəyişikliklər doğurub. Avropa ölkələrinin Rusiya qazından asılılığı azaltmaqla bağlı qərarı Azərbaycan kimi alternativ qaz qaynaqlarının istər iqtisadi, istərsə də geosiyasi önəmini artırıb. Azərbaycan qazının Şərqi Avropa ölkələrinə çatdırılmasını hədəfləyən interkonnektorların tikintisinin sürətlənməsi də bu dövrdən başlanıb. Avropa İttifaqı statistika qurumunun açıqladığı göstəricilərdən bəlli olur ki, bu ilin ilk altı ayında həmin birliyin boru kəmərləri ilə idxal etdiyi qazın cəmi 6 faizi Azərbaycanın payına düşüb. Hazırda Avropa ölkələri boru kəmərləri ilə ən çox Norveçdən (44.3 faiz), Birləşmiş Krallıqdan (17.8 faiz) və Əlcəzairdən qaz idxal edir (16.5 faiz). Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, bu ilin ilk on ayı ərzində təbii qaz ixracının Azərbaycanın toplam ixracındakı payı 42 faizə yüksəlib. Bir neçə il öncə bu göstərici 20 faizə yaxın idi. Təbii qazdan gəlir artdığından, son illər Azərbaycanın neft hasilatındakı azalma ölkə iqtisadiyyatında çox ciddi hiss edilməyib. Rəsmi rəqəmlərə görə, Azərbaycanın ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşl”i yatağından hasil edilən neftin həcmi 2015-ci ildən bəri 42 faiz azalıb. Belə bir şəraitdə təbii qaz gəlirlərində kəskin artım ölkə iqtisadiyyatında inkişafın qorunub saxlanılmasında mühüm rol oynayır. Bu arada “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illər üçün neft, həmçinin 2024-cü və 2026-cı illər üçün Avropada təbii qaz qiymətləri ilə bağlı proqnozunu yüksəldib. Agentliyin proqnozuna əsasən, baza ssenari üzrə bu ilin sonunda “Brent” markalı neftin 1 barreli 82 ABŞ dolları, 2024-cü ildə 80 ABŞ dolları, 2025-2026-cı illərdə isə müvafiq olaraq 70 və 65 ABŞ dolları olacaq. “Fitch”in proqnozuna görə, Avropada TTF üzrə təbii qazın qiyməti 2023-2024-cü illərdə 1000 kubfut üçün müvafiq olaraq 13 və 12 ABŞ dolları, 2025-2026-cı illərdə isə 10 və 8 ABŞ dolları təşkil edəcək. Bu isə o deməkdir ki, Azərbaycan neft və qaz satışından hələ böyük miqdarda gəlir əldə etməkdə davam edəcək.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031