KÖHNƏ VERSİYA            

Kremlin bircə hərəkəti və... Ermənistan iqtisadiyyatı... yoxdur

Image

Məlum olduğu kimi, Ermənistanın dövlət büdcəsi 2024-cü il üçün kəskin şəkildə artırılaraq  7,77 milyard dollara çatıb. 2023-cü ildə bu rəqəm 6,3 milyard olub. Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı 2022-ci ildən başlayaraq, belə demək olarsa, sıçrayışla böyüməyə başlayıb. Amma bütün bunların arxasında duran səbəb Ermənistanda heç də daxili istehsalın, xidmət sektorunun böyüməsi deyil.

Artıq məlum həqiqətdir ki, regionda Rusiya-Ukrayna münaqişəsindən  ən çox “qazanan” ölkə Ermənistandır. Ötən il ixrac üzrə rekord səviyyəyə çıxan Ermənistan bu il də həmin tendensiyanı davam etdirdi. Bu ilin ilk altı ayında ixrac üzrə yeni tarixi rekord əldə olundu. Ölkənin ixracı 3,27 milyard dollara çatdı. Lakin ixracın strukturuna daha detallı baxsaq, bir sıra təzadlı məqamlar ortaya çıxır. Bu, Ermənistandan yüksək texnoloji məhsulların ixracının kəskin artmasıdır. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə ölkənin maşın, avadanlıq və mexanizmlər ixracı 8,4 dəfə, yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracı isə 14,8 dəfə artıb. Hətta Ermənistan müdafiə sənayesi üçün yarımkeçirici ixrac edən əsas ölkələr arasında 4-cü pilləyə yüksələ bilib. Halbuki, Ermənistan bu həcmdə məhsul istehsal etmək iqtidarında deyil. Elə bunlar fonunda hesab edilir ki, Ermənistanda iqtisadi tənəzzül də hər an mümkündür. Rusiyaya ixrac həcmi azalsa, Ermənistanı iqtisadi kollaps gözləyir.  Bundan başqa, Ermənistanı iqtisadi fəalkətə sürükləyəcək digər faktorlar da var. Parlamentin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan bu xüsusda dövlət borcuna diqqət edir: “Oktyabrda Ermənistanın dövlət borcu 11 milyard 116 milyon dollar təşkil edib. Həm də ölkədə iqtisadi artım templəri aşağı düşür. Rusiya-Ukrayna münaqişəsinin yaratdığı xarici amillərin təsiri ilə Ermənistanın əvvəlki iki ildə qeydə alınmış yüksək iqtisadi artımının qısamüddətli xarakter daşıması artıq reallıqdır. Xüsusən bu ilin ikinci rübündən etibarən iqtisadi fəallıq durmadan azalmağa başlayıb. 2022-ci ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM artımı 12,3 faiz olub, 2023-cü ildə isə müqayisəli göstərici 2,8 faiz azalıb. Oktyabr ayında Ermənistanın iqtisadi fəaliyyət indeksində keçən ilin eyni ayı ilə müqayisədə artım 17,5 faiz təşkil edib ki, bu da sonradan 2023-cü ildə üç dəfə azalıb, oktyabrda 6 faiz təşkil edib. Üstəlik, 2023-cü ildə ÜDM-in ikirəqəmli artıma yaxın olduğu şəraitdə belə, oktyabr ayına olan məlumata görə, Ermənistanın dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 11 milyard 116 milyon ABŞ dolları təşkil edib. 2022 oktyabr ayında da keçən ilin eyni dövrü ilə müqayisədə dövlət borcu təxminən 10 faiz artaraq 10 milyard dollar həddini keçib”.

Ermənistanın Məhsul İstehsalçıları Birliyinin sədri, erməni ekspert Vazgen Səfəryan da çox maraqlı nüanslara diqqət edir: “Paradoksaldır, amma bu gün Ermənistan iqtisadiyyatı inkişaf edir, lakin sənaye inkişaf etmir, baxmayaraq ki, iqtisadiyyatın lokomotivi sənayenin özü olmalıdır. Bizdə isə bunlar ticarət və xidmət sektorudur”. Erməni ekspert bu istiqamətdə ciddi addımlar atılmasa da, Ermənistan hakimiyyətinin mis-molibden zavodu tikmək vədlərini xatırladıb: “Bu bizə elektrotexnika, maşınqayırma və digər sahələrin inkişafı üçün istifadə oluna biləcək təmiz mis istehsalı səviyyəsinə çatmağa imkan verəcək. Bu problemi dövlət həll etməlidir. Düzgün diqqət göstərilsə, biz qonşu ölkələrdə olmayan sənaye müəssisələri yarada bilərik. Amma Ermənistan hökumətinin sektora diqqəti yetərli deyil”.  Indilikdə isə sanksiyalar səbəbindən yarımkeçiricilər, yüksək texnoloji avadanlıqlar, maşın və mexanizmlər, hava, su və quru nəqliyyat vasitələri və yüksək texnoloji məhsulları birbaşa olaraq idxal edə bilməyən Rusiya bunu Ermənistan vasitəsilə edir. Rusiya isə Ermənistana münasibətini dəyişir. Özü də bu o fonda baş verir ki, Ermənistan iqtisadiyyatının şah damarları və əsas qolları Rusiyanın əlindədir. Kreml istədiyi zaman rıçaqlarını işə salaraq, Ermənistanın iqtisadiyyatını iflic vəziyyətinə sala bilər. Məsələn, Yuxarı Lars keçid məntəqəsi ətrafında baş verənlər bunun sübutudur. O səbəbdən Ermənistan istənilən vaxt kollapsla üzləşə bilər. Kremlə qarşı soyuq münasibət və addımlar Ermənistan iqtisadiyyatını məhvə sürükləyə bilər. Moskva hələlik susur və cəza tədbirlərinə əl atmır. Amma istənilən an rıçaqlarından istifadə edərək, Ermənistanda iqtisadiyyatı alt-üst edə bilər. Rusiyalı politoloq Yevgeni Mixaylov Kremlin belə bir addım atmasını mümkün sayır: “Ermənistan Rusiyaya həm ticari baxımdan, həm də ölkəmizə köçən vətəndaşları ilə bağlıdır. Bu səbəbdən Ermənistan iqtisadiyyatı ayaqda durur. Bir çox erməni Rusiyada işləyir və vətəndəki qohumlarına pul göndərir. Qərbin Ermənistanla oyunu bitəndə Ermənistan yenə də Moskvaya boyun əyməli olacaq, amma ümid edirəm ki, indi etdiklərinə görə Paşinyana heç nə olmayacaq”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031